Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiyanın adı dəyişdirilir?
 

Paralel.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən “Maori” partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayın imza üçün açıb.

Petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerlərin adlarının Te Reo Maori dilinə qaytarılması tələb edilir.

Partiyanın müraciətində deyilir: “Te Reo Maorinin bu ölkənin ilk və rəsmi dili olaraq layiq olduğu yerə qaytarılması üçün vaxtı çoxdan keçir. Biz Polineziya ölkəsiyik - biz Aotearoayıq”.

 

0.75876617431641