Yaqub Zurufçu vəfat edib

Yaqub Zurufçu vəfat edib
 

 

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə Paralel.az-a “Yeni Klinika”dan məlumat verilib.

Bildirilib ki, sənətçi yaxın saaatlarda vəfat edib.

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.

Allah rəhmət eləsin!

0.5429539680481