Sibir küknarı ömrü uzadır?

Sibir küknarı ömrü uzadır?
 

Paralel.az xəbər verir ki, rus alimləri Sibir küknarlarının insan orqanizminə müsbət təsirini söyləyiblər. Dünyada ilk dəfə sübut edilib ki, o, hüceyrələri təmizləməyə və bununla da ömür müddətinin artmasına kömək edir. Alimlər həmin ağacın hüceyrəyə kompleks təsirini araşdıraraq, aparılan çoxsahəli tədqiqatların hüceyrələrin, toxumaların və bütün orqanizmin işini hərtərəfli öyrənməyə kömək etdiyini deyiblər. Onlar iynəyarpaqlı bitkinin köklərində və gövdəsində olan maddələri araşdırarkən, köhnə ağacın hüceyrələrinin gənc bitkinin hüceyrələrindən heç bir fərqi olmadığını görüblər. Alimlərə görə, elm “insan ömrünü əhəmiyyətli dərəcədə artıra biləcək gənclik iksirini kəşf etmək ərəfəsindədir”. Onlar

həmçinin, bitkinin antioksidan və iltihab əleyhinə təsir göstərdiyini də söyləyirlər.

Nigar

0.03955602645874