Gənclər və İdman naziri dəyişdi İdmanda vəziyyət dəyişəcəkmi?

Gənclər və İdman naziri dəyişdi İdmanda vəziyyət dəyişəcəkmi?
 
Bu məlum bir həqiqətdir ki, idman dünyada dövlətləri, xalqları və millətləri biri-birinə tanıtmaqda mühüm rolu olan kütləvi saglamlıq, əyləncə və ünsiyyət tədbirlərindən biridir. Dövlətlər öz sosial, siyasi və iqtisadi siyasətlərini həyata keçirdikləri kimi, kütləvi idman növlərinin inkişaf etdirilməsinə də, xüsusi diqqət yetirirlər. Bununla yanaşı hər bir ölkədə idmanin inkişaf etdirilməsi, həm də ciddi nəzarət tələb edir ki, bu sahədə boşluqlar yaranmasın. Heç kimə sirr deyil ki, hazırda ölkəmizdə idmana xüsusi diqqət və qaygı var. Amma idmanımız nədənsə, yerində sayır. Bunun da bir çox səbəbləri var. Onlardan ən əsası, idman sahəsində fəaliyyət göstərən məşq-təlim ustaları ilə gənclərin münasibəti. Hazırda əsas çatışmayan budur. 
Böyük idmançılar, adətən kiçik klublarda, məhəllə oyun zallarında yetişir, daha sonra böyük idman arenalarında püxtələşir, tanınır və ölkəni tanıdırlar. Bu gün bizə idmanı dirçəltmək üçün böyük, əlçatmaz idman sarayları yox, hər kəs üçün əlçatan olan kiçik məhəllə klubları lazımdır. İkincisi, idmanda talant, zəhmət, bacarıq və əzmkarlıq əsas şərt oldugundan, burada qohumluq, dostluq, tanışlıq kimi neqativ hallara yol verilməməlidir. Üçüncüsü, gənclərin və yeniyetmələrin idmanla pulsuz məşgul olmaları üçün şərait yaradılmalıdır. Məhəllə klublarında çalışan məşqçilər də dövlətin diqqət və qaygısından kənarda qalmamalıdırlar. 
Biz yeni nazirə ugurlar diləyir və prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bütün ugursuzluqların sona qədər araşdırılmasını istəyirik. Mövcud nöqsanlar aradan qaldırılmadıqca, ugursuzluqlar da davam edəcək.
 
Yusif Seyid
0.017614126205444