Daşlaşmış saxtakarlıq

Daşlaşmış saxtakarlıq
 

Mənfurluq simvolu olan ermənilərə bir söz yazmağı rəva görmədiyim məqamda, qarşıma növbəti saxtakarlıq nümunəsi çıxır. Deməli, Zakar Keşişyan adlı erməni Livanın Beyrut şəhərindəki vəziyyətlə bağlı ötən il Ermənistana gələ bilmir. Ziyalılar ev dustağı olduğu üçün küçəyə çıxmaq imkanları yoxmuş. Qarayaxma dolu yazıdan sitat: “27 sentyabrın qala şəhəri, evlərindən didərgin düşmüş Şuşi (Şuşa.N.O.) sakinləri üçün fəlakətli və ölümcül olacağını bilməzdi. O gəldi, amma maşınla Şuşinin (Şuşa.N.O.) yanından keçməli oldu... O, 1992-ci ilin may ayında, erməni qala şəhərinin (?) azad edilməsi ilə bağlı müjdə alanda bir qrup tələbə və müəllimlə birlikdə Artsaxa tələsmişdi”.

O vaxt İrəvan Konservatoriyasında oxuyan Keşişyan müəllifin təsvirində “qədim təhsil və mədəniyyət mərkəzinin bərbad küçələrində gəzərək Şuşidə xor yaratmaq fikri ilə bir neçə ay sonra Varanda xorunu yaratdı. Ətrafına şəhər qalasında yaşayan ailələrdən istedadlı uşaqları topladı. Erməni mahnısı qələbə, sevgi, birlik və həmrəylik simvoluna çevrildi. 30 ilə yaxın müddətdə yüzlərlə çıxış edən xorun nəsilləri dəyişdi, amma dirijoru və bədii rəhbəri Zakar Keşişyan sayəsində imicini itirmədi”.

Keşişyan deyir ki, bu gün “Artsax”da yaşayaraq müstəqil bir ölkəyə inamını heç vaxt itirmir. O, saxtakar xalqının “sarsılmaz iradəsini və ruhunu” qoruyub saxladığına inamla, zəhərinin ən qatısını püskürdür: “Hiyləgər düşmən erməniləri Artsaxdan qovmaq istəsə də buna nail ola bilməyəcək. Çünki xalqımızın arxasında bütün dünya erməniləri dayanır”.

Amma bu iddianın arxasınca da bəlli məyusluq nümunəsi: “44 günlük müharibə zamanı aydın oldu ki, çoxlu vətənpərvərimiz, bir çox müdrik adamımız olsa da, bizim ümumi, vətənpərvər ruhumuz, zehni səviyyəmiz fikirlərimizə uyğun gəlmir. Odur ki, köhnə və yeni tariximizdən dərs götürmək, gələcək nəsillər naminə, ədalətin qələbəsinə inamı itirmədən yeni üçlü ittifaq yaratmaq lazımdır. Taleyin nə qədər qəddar olmasına baxmayaraq, biz yaşamalı və yaratmalıyıq. Ölkəmizi bərpa etməli və möhkəmləndirməliyik”.

Və sonda ermənicəsinə etiraf: “Şuşa müvəqqəti itirildiyi üçün Artsax mədəniyyətinə xidmət etdiyi yer dəyişdi. Amma əqidəsi əvvəlki kimi qaldı. Şuşidə doğulan, kilsə zəngləri ilə bəslənən və möhkəmlənən Varandanın qədim erməni qala-şəhərinin müjdəsini yenidən yerinə yetirəcəyinə inanıram”.

Keşişyan öz sayıqlamalarına inansa da, istənilən məqama uyğun bir atalar sözümüz də onun menyusuna: “İnanan daşa dönsün!”.

Nigar

0.034471988677979