Növbəti müharibə İrəvan xanlığının bərpası olacaq
Hələ qisasçılıq arzusuyla yaşayan Ermənistan siyasi və hərbi rəhbərliyi son iki ayda artıq ikinci dəfədir ki, ehtiyatda olan erməni əsgər və zabitlərini hərbi xidmətə səfərbər edib. Bildirilir ki, sonuncu səfərbərliklə döyüş təcrübəsi olan təxminən 869 nəfər orduya çağırılıb ki, onlardan 560 -ı əsgər, qalanı zabitlərdir. Ermənistan rəhbərliyinin bu addımı bu gün yalnız bizi deyil, həm də regionda maraqları olan dövlətlərin siyasilərinin müzakirə mövzusudur. Əcaba görəsən erməni tərəfi nəyə, kimə ümid edib, yeni müharibəyə can atır? Ona müttəfiq deyib boğazını ilgəkdən alan Rusiyayamı? Tanınmış rusiyalı siyasətçi, ictimai xadim, jurnalist Maksim Şevçenko xəbəri şərh edərək deyir ki, növbəti müharibə Ermənistanın bir subyekt kimi sıradan çıxmasına və İrəvan xanlığının bərpasına gətirib çıxara bilər. Və Rusiya o qədər də ağılsız deyil ki, erməni pultokratlarına görə əsgərinin qanını töksün: “ Hesab edirəm ki,Ermənistan rəhbərliyinin bu addımı erməni cəmiyyətinin istehlakı üçün nəzərdə tutulmuş konfetdən başqa bir şey deyil.” Beynəlxalq münasibətlər üzrə Rusiya ekspertlər Şurasının üzvi Aleksey Naumov da təxminən eyni fikirdədir. Naumov bildirir ki, Azərbaycan sülh müqaviləsinə çalışdığı bir vaxtda Ermənistan əksinə, səfərbərlik edir, müharibəyə hazırlaşır. Amma 869 nəfər elə böyük qüvvə deyil ki, onunla nəyəsə nail olmaq mümkün olsun. Bununla yanaşı Ermənistanın müharibə aparmağa nə qüvvəsi, nə də maliyyə imkanları var. Artıq müharibənin əvvəlindən fərqli olaraq indi qüvvələr nisbəti də daxil, hərbi-strateji mövqelərdə də üstünlük Azərbaycan tərəfdədir. Eyni zamanda münaqişə zonasında Rusiya hərbi qüvvələri fəaliyyət göstərir ki, Rusiya heç vaxt Ermənistana harasa hücum etməyə imkan verməz. Əgər erməni tərəfi irimiqyaslı hərbi avantüraya əl atarsa öncə qarşısında Rusiyanı görəcək. Ona görə də Ermənistanın bu hərəkətlərini ciddiyə almağın tərədarı deyiləm. Erməni generalları bununla olsa-olsa dövlətdən aldıqları pulun hesabatın verməyi düşünürlər.
Səma