Türk hərbiçiləri Laçın dəhlizi yaxınlığında: Kremllə kritik müzakirə...

Türk hərbiçiləri Laçın dəhlizi yaxınlığında: Kremllə kritik müzakirə...
 

Rusiya bölgədə Azərbaycan, Ermənistanın maraqlarına cavab verən siyasət aparır. Əslində, özünün maraqları çərçivəsində siyasət yürüdür. Rusiyanın maraqlarından biri , bölgədə bacardıqca uzun müddət qalmaqdır. Azərbaycan da Ermənistanla sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinə çalışmalıdır ki, bir neçə il sonra Rusiya sülhməramlılarının bölgədə olmasına ehtiyac qalmasın. Rusiya isə çalışacaq ki, bu ehtiyac həmişə olsun. Buna görə oradakı missiyanın rəhbərinin kim olmasının o qədər əhəmiyyəti olmayacaq”.

ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin  müsahibəsini təqdim edirik.

- Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayıb. Sizcə, bu sıradan bir təlimdirmi ya özündə hansı mesajları ehtiva edir?

- Əslində, Azərbaycan Türkiyə arasındakı hərbi əməkdaşlıq son zamanlarda daha da intensivləşib. Laçındakı hərbi təlimlərdən əvvəl Türkiyə Azərbaycanın Naxçıvan bölgəsində , təlimlər keçirilmişdi. Əlbəttə Laçında başlayan hərbi təlimlər daha önəmlidir. Çünki Laçın Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir. Laçın həm Ermənistanla sərhəddə yerləşir, həm bura Rusiya sülhməramlılarının Azərbaycanın maraqlarını nəzərə almadan fəaliyyət göstərdiyi (Laçın dəhlizi) bölgədir. Son zamanlarda Rusiya sülhməramlılarının yol verdiyi bəzi davranışlar, onların Xankəndindəki qondarma qurumla təmasları Azərbaycanda böyük suallar doğurur. Həmin suallara cavab kimi bu təlimlərin məhz Laçında keçirilməsi dağlıq şəraitdə kommunikasiya xətləri ilə bağlı məşqlərin icra edilməsi, onu deməyə əsas verir ki, Azərbaycan tərəfi həm diplomatik dillə, həm hərbi təlimlər yolu ilə baş verənlərə cavab verə biləcəyini göstərməyə çalışır.

Türkiyənin bu təlimlərdə iştirakını da, Türkiyə-Azərbaycan münasibətlərinin daha da genişlənməsi baş verə biləcək hansısa proseslərə qarşı bu iki ölkənin birgə hərəkət edəcəyini göstərmək kimi dəyərləndirmək olar.

- Son günlərdə müzakirə olunan məsələlərdən biri Türkiyənin bölgədəki proseslərdə iştirakıdır. Müharibə dönəmində siyasi cəhətdən fəal olan Türkiyə savaşdan sonra da Rusiya üçün əngəlləyici faktor olaraq qalırmı?

- Ən azı çəkindirici amildir. Çünki Rusiya-Türkiyə münasibətləri təkcə Qafqazla məhdudlaşmır. Əlbəttə hər iki ölkənin maraqlarının üst-üstə düşdüyü məqamlar da var. Məsələn, iqtisadi münasibətlərin daha da genişlənməsində maraqlıdırlar. Türkiyə bazarı Rusiya, Rusiya üçün Türkiyə bazarı çox önəmlidir. Pandemiyanın davam etməsinə baxmayaraq, Türkiyənin turizm bazarında ilk yeri Rusiyadan gələn turistlər tutdular. Yəni Rusiya-Türkiyə münasibətlərinin iqtisadi tərəfləri var qarşılıqlı maraqlar mövcuddur. O da məlumdur ki, Rusiya Akkuyuda Türkiyə üçün atom elektrik stansiyası (AES) tikir. Bu, 10 milyard dollarlıq böyük bir layihədir. Tərəflər arasında kifayət qədər təmaslar var.

Təbii ki, üst-üstə düşməyən, hətta bəzən toqquşan maraqlar da var. Suriya, Liviya, Qafqaz, Orta Asiya xarici siyasətin digər istiqamətlərini bura aid edə bilərik. Amma bunlara baxmayaraq, Rusiya Türkiyə masa arxasında oturub müzakirələrlə anlaşa biləcək partnyorlardır. Türkiyənin Qafqaz ya Azərbaycandakı varlığı Rusiya ilə danışıqlarda əlimizi gücləndirən faktordur. Bu o demək deyil ki, Türkiyənin burada olması Rusiyaya qarşı hansısa addımların atılmasının intensivliyini artıra bilər. Burada ehtiyatlı davranışlar mümkündür. Çünki Rusiyanın davranışları hər kəsə məlumdur. Gürcüstan Ukraynadakı hadisələrdə Rusiyanın aqressiv siyasətini görmüşük. Bu baxımdan, Rusiyanı çəkindirə biləcək, müəyyən mənada masada məsələlərin müzakirəsinə yardımçı ola biləcək bölgədəki ən böyük güclərdən biri olan NATO üzvü Türkiyədir. Bir sözlə, Azərbaycanın Türkiyə ilə yaxınlığı Rusiya ilə danışıqlarda əlimizi gücləndirən amillərdən biridir.

- Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müddəti bitdi. O, vaxtı bitdiyi deyə göndərildimi, yoxsa onun dəyişdirilməsində başqa məqsədlər var?

- Əslində, Rusiyanın bu məsələ ilə bağlı dar çərçivədə açıqlamaları var. Əvəz edildikdən sonra hansı proseslərin baş verəcəyi ilə bağlı indidən təsəvvürlərin yaradılması çətindir. Ən azı sülhməramlıların indiki rəhbəri ilə Azərbaycan yetkililəri ya rəsmi qurumlarının müəyyən bağı, danışıqları yaranmışdı. Düzdür, suallar vardı, iradlar ən yüksək səviyyələrdə bildirilmişdi, amma bir-birini tanımaqla bağlı ümumi bir fon da yaranmışdı. İndi bilmək olmur ki, Rusiyanın taktikası nədən ibarət olacaq. Ola bilər ki, bəlkə Azərbaycanın da iradları nəzərə alınaraq, sülhməramlıların rəhbəri dəyişdirilir onun yerinə gələcək şəxs ən azı Azərbaycanın Laçın dəhlizi digər məslələrlə bağlı iradları nəzərə alaraq fəaliyyət göstərəcək. Bunu da indidən söyləmək çox çətindir.

Ən azı onu demək olar ki, Rusiya bölgədə Azərbaycan, Ermənistanın maraqlarına cavab verən siyasət aparır. Əslində, özünün maraqları çərçivəsində siyasət yürüdür. Rusiyanın maraqlarından biri , bölgədə bacardıqca uzun müddət qalmaqdır. Azərbaycan da Ermənistanla sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinə çalışmalıdır ki, bir neçə il sonra Rusiya sülhməramlılarının bölgədə olmasına ehtiyac qalmasın. Rusiya isə çalışacaq ki, bu ehtiyac həmişə olsun. Buna görə oradakı missiyanın rəhbərinin kim olmasının o qədər əhəmiyyəti olmayacaq.

Əsas məsələ Kremlin bölgədə hansı siyasəti yürüdəcəyidir. Bu siyasətin konturlarından da belə görünür ki, Rusiyanın bölgədə uzun müddət qalmaq planları var.

- Prezidentin köməkçisi Hikmət Hacıyev sülhməramlıların mandatının müəyyənləşdirilməsi ilə bağlı Bakı Moskva arasında müzakirələrin getdiyini açıqladı. Sülhməramlıların mandatının müəyyənləşdirilməsi nəyi dəyişdirəcək?

- Azərbaycan sülhməramlıların ölkə ərazinə buraxılmasını noyabrın 10-da imzalanmış üçtərəfli müqavilə əsasında həyata keçirdi. Amma sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti ilə bağlı hüquqi bazası yoxdur. Bunun üçün Azərbaycan parlamentinin qərarı olmalıdır. Mənə elə gəlir, Azərbaycan rəhbərliyi o zaman bununla bağlı doğru qərar verdi ki, əlimizdə əlavə təsir rıçağı olsun. İndi Hikmət Hacıyevin bu məsələni gündəmə gətirməsi qarşı tərəfə o mesajı verir ki, sülhməramlılar müqavilə əsasında Azərbaycan ərazisində olsa da, tam legitim deyil. Yəni legitim statusu yoxdur.

Statusla bağlı danışıqlar zamanı Azərbaycan üçün həsas məsələlər nəzərə alınmayacaqsa, təbii ki, sülhməramlıların orada qalmasına hüquqi əsasın yaradılmasına da ehtiyac yoxdur. O zaman hüquqi əsas yaradıla bilər ki, Azərbaycanın maraqları iradları nəzərə alınsın. Yəni oradakı Rusiya sülhməramlıları təkcə Azərbaycanın erməni əsilli vətəndaşlarının Xankəndi ətrafında köçürülməsində mükəlləf deyillər. Bu günədək bir azərbaycanlı rus sülhməramlılarının nəzarətində olan ərazilərə köçürülməyib. Məsələn, bu günədək niyə azərbaycanlı köçkünlər Xocalıya köçürülməyib? Niyə Rusiya bununla bağlı addımlar atmır? Təəssüf ki, bu sualların cavabı yoxdur.

Azərbaycan tərəfi sülhməramlıların hüquqi statusu ilə bağlı danışıqlar apararkən, bu məsələləri paralel qaldırmalıdır. Yəni hüquqi statusun verilməsi azərbaycanlı köçkünlərin Xankəndi, Xocalı digər ərazilərə köçürülməsi ilə paralel baş verməlidir. Bu olacaqsa, Azərbaycan tərəfindən müvafiq addımlar atılmalıdır. Əgər Rusiya bu həssaslığımızı nəzərə almırsa, onların qalması ilə bağlı hüquqi əsasın yaradılmasının gecikdirilməsi doğru qərardır.

- Bəs sizin gözləntiniz nədir: Rusiya bunları nəzərə alacaqmı? Məsələn, qanunsuz yaraqlıların tərksilah edilməsinə zəmin yaradacaqmı?

- Təəssüf ki, gözləntim bu sahədə deyil. Yəni Rusiya sülhməramlıları adı altında fəaliyyət göstərənlər hər gün erməni qanunsuz silahlı birləşmələri ilə üz-üzə gəlirlər. Qaçıb dağda, mağarada gizlənməyiblər, sülhməramlılar onları görürlər. Onlar aşkar formada Xankəndində gəzirlər, Rusiya sülhməramlıların nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərirlər. Bu günədək tərksilahla bağlı hansısa addım atılmırsa, əksinə, Rusiya onları de-yure olmasa da, de-fakto tanınmasını istəyirsə, demək ki, bu yöndə addımlar atmağa tələsmir. Çox güman ki, tələsməyəcək .

 Mənsur Rəğbətoğlu

0.035437107086182