Liberal iqtisadiyyat və biz

Liberal iqtisadiyyat və biz
 

Müasir dünyada azad bazar iqtisadiyyatının hələ ki, alternativi yoxdur. Bu gün inkişaf etmiş dünya ölkələrinin iqtisadiyyatına liberal bazar iqtisadiyyatı modeli hakim kəsilib.

Azad bazar iqtisadiyyatının əsas şərtlərindən birincisi, xüsusi mülkiyyətin iqtisadiyyatda payının üstünlük təşkil etməsidir. Bu üstün mövqe məsuliyyəti fərdiləşdirir daha səmərəli səviyyəyə qaldırır. Dövlət ya ictimai mülkiyyətə nisbətən insanlar xüsusi mülkiyyətə daha məsuliyyətlə yanaşır. Çünki vətəndaş xüsusi mülkiyyəti tam olaraq özününkü sayır, onun bütün məsuliyyətini öz üzərində hiss edir. Bu səbəbdən insanlar (sahibkar) xüsusi mülkiyyətin inkişafında daha ciddi cəhdlə çalışır, onun genişləndirilməsi üçün bütün bacarığını potensialını ortaya qoyur. Dövlət mülkiyyəti formasında daha çox məsuliyyət ümumi anlayış olan dövlətin üzərinə düşür bu mülkiyyətin genişləndirilməsi imkanları yalnız ona məxsusdursa, xüsusi mülkiyyətin üstün olduğu iqtisadiyyatda daha böyük cəhdlər göstərən minlərlə sahibkar mövcud olur. Yəni inkişaf bir mərkəzdən deyil, çoxsaylı mərkəzdən qaynaqlanır, hər bir sahibkar bir inkişaf mərkəzinə çevrilir. Azad (liberal) bazar iqtisadiyyatını populyarlaşdıran əsas əlamət elə budur. Hər bir sahibkar (xüsusi mülkiyyətçi) düşüncəsinə görə özünə işləyir, biznesi qədər çiçəklənsə mənfəəti bir o qədər artacaq. Digər tərəfdən isə sahibkarın çiçəklənən biznesi onun özündən daha çox ümumi iqtisadiyyata töhfə verir.

Bazar iqtisadiyyatı mexanizminin özəl mülkiyyət əsasında işini qura bilməsi üçün qanunvericilik sahibkarlığı müəyyən dövlət qurumları tərəfindən ola biləcək təsirlərdən qorumalıdır. Yəni bazar iqtisadiyyatı tətbiq edilirsə, qanunvericilik ona uyğunlaşdırılmalıdır. Qanunlarla sahibkarın hüquqları təsbit edilməli onun işlək mexanizm halına gəlməsi üçün digər hüquqi normativ aktlar da qəbul edilməlidir. Həmin hüquqi-normativ aktlar sahibkarı dövlət orqanlarından güvənli şəkildə qorumaq imkanına malik olmalıdır.

Bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi vacib amillərdən biridir. Hətta, dövlət tənzimlənməsini nəzərə alaraq belə, bir deyim yaranıb - ideal azad bazar iqtisadiyyatı modeli həyatda mövcud deyil. Lakin iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi qədər məhdud xarakter daşısa, iqtisadiyyat daha böyük sıçrayışla inkişaf edə bilər. Daha yaxşı olar ki, "görünməz əl" vasitəsilə dövlət tənzimlənməsi əsasən makroiqtisadi prosesləri əhatə etsin.

Bazar iqtisadiyyatı şəraitində özəl sektor o qədər yüksək templə inkişaf etməlidir ki, Ümum Daxili Məhsulda dövlət büdcəsinin payı azalsın, yəni yeni yaradılan dəyərin daha az hissəsi büdcə vasitəsilə yenidən bölüşdürülsün. Bu əlamət dövlətin iqtisadiyyata müdaxiləsini məhdudlaşdıran elementlərdən biri kimi çıxış edir. Ona görə beynəlxalq indiqatorlardan birini , məhz Ümum Daxili Məhsulda (ÜDM) dövlət büdcəsinin xüsusi çəkisi təşkil edir. ÜDM- dövlət büdcəsinin payı qədər azdırsa, iqtisadiyyat daha səmərəli mexanizmə malikdir. Təəssüflər olsun ki, Azərbaycanda bu göstərici hələ 40 faizdən çoxdur.

Bazar iqtisadiyyatının liberal modelinin əsas əlaməti, yuxarıda qeyd etdiyimiz kimi, dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirməkdir. Belə bir şəraitdə azad sahibkarlığa, tələb-təklif əsasında formalaşan azad qiymətlərə azad rəqabətə geniş meydan açılir. Azad bazar iqtisadiyyatında mal, məhsul xidmətlər təklif edən sahibkarlar rəngbərəng çiçəkləri, alıcılar isə bal arılarını xatırladır. Çiçəklər rəngləri qoxusu ilə bal arılarını özünə cəlb edir ki, gəlib onu tozlandırsın döl verə bilsin. Arılar isə yem toplamaqdan üçün çiçəklərə can atır. Azad bazar iqtisadiyyatında alıcı ilə sahibkar arasındakı münasibət , arı ilə çiçək arasındakı əlaqəyə bənzəyir. Sahibkar (çiçək) müxtəlif vasitələrə əl atır - qiyməti ucuzlaşdırır, keyfiyyəti yüksəldir, çeşidi dəyişir s. imkanlardan istifadə edir ki, alıcı (arı) rəqibini deyil, məhz onu seçsin, ondan alsın. Bazar iqtisadiyyatında əsas məsələ sahibkar tərəfindən daha çox alıcının qazanılmasıdır. Rəqabət mühitində kim daha çox alıcı qazanırsa, onun biznesi daha çox çiçəklənir. Azad rəqabət mühitində müştəri qazanılmasının bir neçə konsepsiyası var. Onlardan ən populyarı mükəmməli "alıcı şahdır" prinsipidir. Prinsipin adından bəlli olduğu kimi, burada sahibkar alıcını məmnun etmək üçün lazım olan hər şeyi etməyə hazır olur.

Bazar iqtisadiyyatı nəzəriyyəsinin banisi Adam Simit belə bir nəticəyə gəlmişdi ki, bazar iqtisadiyyatında yaradılan sərvətin ən mühüm xüsusiyyəti onun təşkil olunmuş plan əsasında deyil, "görünməz əllərlə" fəaliyyət göstərən külli miqdarda adamların şəxsi mənafelərinə uyğunlaşdırılmalıdır.

Adam Smitin klassik nəzəriyyəsinə görə, dövlətin ümdə vəzifəsi bazar iqtisadiyyatı şəraitində hər bir insanın həyatının əmlakının təhlükəsizliyini təmin etmək, mübahisələri həll etmək qaydalara əməl olunmasına zəmanət verməkdir. Yəni, dövlət yalnız fərdin müstəqil surətdə edə bilmədiyi, ya da effektli edə bilmədiyi işləri görməli, qalan işləri isə özəl sektor həyata keçirməlidir. Məsələni bir qədər konkretləşdirsək, qanunun aliliyi, mülkiyyətin toxunulmazlığı məhkəmələrin müstəqilliyi ən yüksək səviyyədə təmin edilməlidir.

Azərbaycanda son illər həyata keçirilməyə başlanılan islahatların genişləndirilməsinə dərinləşdirilməsinə ciddi ehtiyac duyulur. Beynəlxalq Valyuta Fondunun məlum reseptləri əsasında keçmiş SSRİ ölkələrində, o cümlədən, Azərbaycanda iqtisadiyyatın liberallaşdırılmasına yönəlik islahatlar çərçivəsində bazar iqtisadiyyatı formalaşıb. Bu ölkələrdə həyata keçirilən islahatların əhatə dairəsində dərinlik dərəcəsində müəyyən fərqlər olsa da, hər halda onların hamısında iqtisadiyyatın liberallaşdırılması istiqamətində xeyli görülüb. Mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid istiqamətində həlledici addımlar atılıb.

Azərbaycana gəldikdə isə bir sıra sahələr üzrə qiymətlər hələ dövlətin nəzarəti altındadır. Əslində, liberal iqtisadiyyat rakursundan baxanda bu da monopoliya sayılır. Amma iqtisadiyyatımızda daha çox monopoliyalaşma elə özəl sektordadır. İqtisadiyyatımızda məmur inhisarçılığı - oliqarxiya rəqabət mühitini dağıdan əsas amillərdən biridir. Bununla yanaşı korrupsiya, məmur özbaşınalığı, "kölgə iqtisadiyyatı"nın çoxluğu, mülkiyyətə zəmanətin olmaması, qanunların aliliyinə riayət edilməməsi ən başlıcası, məhkəmələrin müstəqil olmaması, ölkəmizdə bazar iqtisadiyyatı mexanizminin tam gücü ilə işləməsinə ciddi əngəllər yaradır. Bu problemlər əsasən rəqabət mühitinin formalaşmasına -iqtisadiyyatı müstəqil sahibkarların yarış meydanına çevrilməsinə imkan vermir. Bu səbəbdən iqtisadiyyatımız beynəlxalq reytinq cədvəllərində ildən-ilə geriləyir. Lakin son iki ildə həyata keçirilən islahatların vektoru düzgün istiqamətə yönəldilib, sadəcə bu istiqamətlərdə dərinləşdimə genişləndirməyə ehtiyac duyulur. Yəni fərdi qaydada aparılan islahatlar kütləviləşməlidir.

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.017378091812134