Rəsmi Ermənistan Avropanı manipulyasiya etməyə çalışır
Paralel.az xəbər verir ki, erməni xarici işlər naziri Ararat Mirzoyan bu gün Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorinlə görüşüb. Xəbərə görə, qarşılıqlı əməkdaşlıq, demokratik inkişafa və “qanunun aliliyinin təmin edilməsinə əsaslanan münasibətlərin” gündəliyi müzakirə edilib: “Tərəflər siyasi dialoq, ticarət-iqtisadi əlaqələr, təhsil, nəqliyyat, enerji və ətraf mühit sahələrində əməkdaşlığa önəm verib. Ermənistan-AB tərəfdaşlıq sazişinin həyata keçirilməsi və əməkdaşlıq imkanlarından tam istifadə olunmasının zəruriliyi vurğulanıb. Qarşıdan gələn Şərq Tərəfdaşlığı sammitinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb”. Həmişə olduğu kimi, erməni xisləti bu dəfə də özünü göstərib. Daim məkrli siyasət aparan mətbuatdan sitat: “A.Mirzoyan A.Viktorinin diqqətini Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisinə qarşı yönəlmiş təxribat xarakterli hərəkətlərinə yönəldib. Bu, bütün bölgənin təhlükəsizliyi və davamlı inkişafı üçün ciddi təhlükə yaradıb. 44 günlük müharibədən sonra Artsaxda yaranan humanitar məsələlər kontekstində Azərbaycanda girov saxlanılan erməni əsir və mülki əhalinin qeyd-şərtsiz geri qaytarılması məsələsinin aktuallığı vurğulanıb. A.Mirzoyan ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə dair sülh prosesinin bərpasını vacib sayıb”.
Nigar