Erməni mətbuatı sülhməramlı kontingentə komandan-namizədin adını açıqlayıb

Erməni mətbuatı sülhməramlı kontingentə komandan-namizədin adını açıqlayıb
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə general-mayor Mixail Kosobokovun namizəd olacağını yazıb. Qeyd edilib ki, M.Kosobokov 58-ci Birləşmiş Silahlı Qüvvələrin (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində çalışıb. O, bir vaxtlar Abxaziyadakı rus hərbi bazasına komandanlıq edib. Xəbərdə deyilib ki, Ermənistan müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradovu bir gün əvvəl qəbul edib: “Hələ may ayında Rüstəm Muradovun rotasiya qaydasında Cənub Hərbi Dairəsinin komandir müavini Aleksey Avdeevlə əvəzlənə biləcəyi xəbəri yayılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olduğu üçün Muradov postunda qalıb”.

Nigar

0.05043888092041