Sualtı idman federasiyasının yaradılmasına ehtiyac var
Azərbaycanda idmana xüsusi diqqət yetirildiyi məlum məsələdir. Dünyanın müxtəlif idman arenalarında uğurlar qazanan və bayrağımızı ən yüksək pillə ucalığına qaldıranlar da kifayət qədərdir. Bu məqamda, yerindəcə qeyd edək ki, Azərbaycanda 70-dən çox idman federasiyası mövcuddur. Lakin onların arasında sualtı idman federasiyasının olmadığı bəlkə də çoxumuza məlum deyil. Halbuki, bu idman federasiyasının yaradılmasına ciddi ehtiyac var. Qeyd etsək ki, Xəzər kimi böyük bir su hövzəsinə malik ölkədə yaşayırıq, o zaman belə bir federasiyanın yaradılmasının mahiyyətini izah etməyə ehtiyac qalmaz. Sualtı idman federasiyasının hətta düşmən Ermənistanda da mövcudluğunu nəzərə alsaq, bizdə bu istiqamətdə qurumun yaradılmasının vacibliyi daha çox anlaşılar.
Yeraltı və yerüstü sərvətlərimizlə yanaşı, sualtı xəzinələrimiz də var ki, onların öyrənilməsi, tədqiq edilməsi, üzə çıxarılması əsrlər öncəsi tariximizin yeni səhifələrini açmaq demək olardı. Xəzərin altında gün üzünə çıxacağını gözləyən elə dəyərlər var ki, onların araşdırılması, öyrənilməsi və tariximizə həkk edilməsi üçün də məhz belə bir federasiyanın yaradılması gərəkdir.
Nigar, Paralel.az