Regionlarımız 12 ilə nə qədər inkişaf edib?

Regionlarımız 12 ilə nə qədər inkişaf edib?
 

Regionlar la mərkəz arasında höküm sürən iqtisadi disbalans ortadadır

Bu gün Azərbaycan Statistika Komitəsi regionların sosial-iqtisadi inkişafına dair bir sıra rəqəmlər açıqlayıb. Rəqəmlərə diqqət yetirəndə belə təsəvvür yaranır ki, ölkədə ərzaq problemi yoxdur, yerli ət, süd, ərzaq buğdası, toyuq, yumurta, ağartı məhsulları istehsalı və s. göstəricilər üzrə yerli tələbat qədər məhsul istehsal edirik. Bu statistikaya inansaaq, hazırda Azərbaycana idaxil edilən bu qəbildən olan məhsulların həcmi azı 7-8 dəfə az olmalı idi. Məsələn, guya Azərbaycanda 2 milyon ton ərzaq buğdası istehsal edilib, hansıki bu yerli tələbatdan 200 min ton çoxdur. Elə isə nə üçün xaricdən əlavə 1,2 milyon ton ərzaq buğdası idxal edirik? Yəni Azərbaycan vətəndaşlarının çorəyə tələbatı bu qədər artıb ki, 1,8 milyon ton əvəzinə, ildə 3,2 milyon ton, az qala normadan ikidəfə çox ərzaq bucdası istehlak edir? Əlbəttə, bu mümkün deyil. Hələ biz onu nəzərə almırıq ki, ölkədə heç də 10 milyon deyil, cəmi 6-7 milyon əhali yaşayır. Bunu nəzərə alsaq ərzaq bucdasına olan yerli tələbatın həcmi bir qədər də azalar. Bu yalnız onunla izah edilə bilər ki, ölkədə taxıl istehsalı subsidya mənimsəmək məqsədi ilə, müxtəlif saxta yollarla süni şəkildə şişirdilir. Mexaniki hesablama zamanı isə bəlli olur ki, guya Azərbaycan vətəndaşlarının hərəsi gündə 10 ədəd çörək yeyir.

Digər məhsullar üzrə araşdırma aparsaq, eyni mənzərənin şahidi olacağıq. Son 30 ildə kənd təsərrüfatiına dövlət büdcəsindən 40 milyar manata yaxın vəsait xərclənib, amma bu gün aqrar sahənin inkişaf tempi 3-6 faiz arasında tərəddüd kdir.

Regionların sosial-iqtisadi inkişafından sohbət düşəndə ona görə kənd təsərrüfatı yada düşür ki, ölkənin az qala bütün regionu aqrar təyinatlıdır. Artıq regionların sosial -iqtisadi inkişafına dari 4-cü proqram həyata keçirilir, 2 ildən sonra bu proqram sona çatacaq. Rəqəmlər bir yana, bu proqramların icra vəziyyətinə makroiqtisadi indiqatorların gözü ilə qiymət verək. Bu proqramlara start veriləndə ayrılan bütün vəsaitlər abadlıq-tikinti işlərinə xərcləndi. Əslində isə bunun sosial-iqtisadi inkişafla heç bir əlaqəsi yox idi. Rayon mərkəzlərində parklar salındı, abad binalar tikildi və s. Bu region əhalisinin sosial-iqtisadi inkişafına heç nə verə bilmədi. Lakin sonrakə mərhələlərdə infrastruktur və koomnikasiya layihələri həyata veririldi ki, region əhalisi rahat yolla, su, qaz, işəqla, telefon rabitəsi və geniş zolaqlı internetlə təmin edildi və s. Sonda sadaladığımız layihələr region əhalisinin güzəranını bir qədər yaxşılaşdırsa da, bu layihələr də sosial-iqtisadi inkişafa əsaslı təkan vermək imkanına malik olmadı. Ona görə də bü gün region əhalisinin məşğulluq problemi hələ də ciddiliyi ilə ortadadır.

Bu problemlərın icrasını makroiqtisadi rakursdan qiymətləndirildikdə də problem çılmaqlığı ilə üzə çıxır. Məsələn, Azərbaycanın 10 iqtisadi rayonu olduğu halda, yalnız Abşeron iqtisadi rayonu dövlət büdcəsinin 90 faizindən çoxunu, ixracatın isə 90 faizə qədərini təmin edir. Digər iqtisadi rayonlar isə bu istiqamətlərdə 10 faizə qədər və 10 faizdən bir qədər çox paya malikdir. Proqramın əsasa hədəfi regionları inkişaf etdirib, mərkəzlə regionlar arasındakı iqtisadi disbalansı aradan qaldırma olsa da, bu istiqamətdə ciddi irəliləyişə nail olunmadığı göz önündədir.

 

Akif Nəsirli

0.044398069381714