Ararat Mirzoyandan status tələbi

Ararat Mirzoyandan status tələbi
 

Əli Orucov: "Regionda münaqişənin qalmasını yalnız Moskva arzulayır, ona görə də məhz A.Mirzoyan S.Lavrovla görüşdə bu bəyanatı verir"

Paralel.az xəbər verir ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bəyan edib ki, Qarabağın statusu məsələsi həll olunmayınca, heç bir sülh sazişindən söhbət gedə bilməz. Maraqlıdır, görəsən sülh sazişinin bağlanması daha çox Ermənistana, yoxsa Axərbaycana lazımdır?

Sözsüz ki, hazırda Azərbaycanın beynəlxalq dünya ilə həm quru, həm də su sərhədləri üzrə bütün qapıları açıqdır. İran, Rusiya, Türkiyə ilə quru, Rusiya, Qazaxıstan, Türkmənistan və İranla isə su sərhəddinə malikdir. Bununla yanaşı, Azərbaycan Asiya ilə Avropanı birləşdirən quru, su və hava nəqliyyat qovşağı rolunu oynayır. Ermənistan isə İran, Türkiyə, Gürcüstan və Azərbaycanla yalnız quru sərhəddinə malikdir. Azərbaycan və Türkiyə məlum səbəblərdən sərhədlərini Ermənistanın üzünə bağlayıb. Gürcüstan isə Ermənistanı yalnız Rusiya ilə əlaqələndirmək imkanına malikdir, çünki Türkiyə onsuz da İrəvana sərhədlərini bağlayıb. Bu arada Gürcüstanın Rusiya ilə münasibətləri gərgin olduğundan rəsmi Tiflis İrəvandan Rusiyaya və ya əks istiqamətli əlaqə zamanı daşımalara ciddi nəzarət edir. Bu da İrəvanla Moskva arasında əlaqəni iki tərəfin istədiyi səviyyədə qurmağa imkan vermir.

Ermənistanla yalnız İran arasında yüksək səviyyəli əlaqələrin qurulması üçün münbit şərait var, amma o da problemsiz deyil. Birincisi, bu iki ölkə arasındakı sərhəd o qədər sərt relyefə malikdir ki, ağır tonnajlı maşınlarla yüklərin daşınması çox çətindir. Ona görə də bu iki ölkə arasında yükdaşımalar zamanı tez-tez ağır yol-nəqliyyat hadisələri baş verir. Bundan əlavə, İranla Ermənistanı birləşdirə magistral yolun 21 kilometiri Azərbaycan ərazisinə düşür ki, bu da vaxtaşırı problemlərin yaranmasına bir vəsilə olur. Ötən həftə sözügedən yolun bağlanması ilə yollarda İran maşınlarının tıxacına səbəb olmuşdur.

Belə bir şəraitdə aydın-açıq görünür ki, bölgədə sülşün bərqərar edilməsi, bütün kommunikasiya xətlərinin açılması Ermənistana hava-su kimi lazımdır. Lakin buna rəcmən, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan sülh sazişi üçün şərt irəli sürür.

Bu məsələdə Azərbaycanın yeganə uduşu Naxçıvanla qısa avtomobil yolu və dəmiryolu əlaqəsinin yaradılmasıdır. Dəmir yolu olmasa da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında İran vasitəsi ilə avtomobil yolu və hava nəqliyyatı əlaqəsi mövcuddur.

Bütün bu arqumentləri qarşılaşdırdıqda bəlli olur ki, Ararat Mirzoyanın sülh sazişi əvəzində Qarabağa status istəməsi siyasi boşboğazlıqdan başqa bir şey deyil.

Məsələyə münasibət bildirən politoloq Əli Orucov dedi ki, bu gün sülh sazişi hər iki ölkəyə və regionun digər dövlətlərinə (Rusiya istisna olmaqla) vacib lazımdır: "Regionda münaqişənin qalmasını yalnız Moskva arzulayır, ona görə də məhz A.Mirzoyan S.Lavrovla görüşdə bu bəyanatı verir. Bu arada S.Lavrov da erməniləri cəsarətləndirən bir sıra bəyanatlar verib.

Qalib ölkə kimi şərtləri Azərbaycan diqtə etmək əvəzinə, Rusiyanın dəstəyi ilə Ermənistan şərt diqtə etməyə cəsarət göstərir. Bu gün sülh sazişi hamıdan çox Ermənistana lazımdır. Çünki sülh sazişi olmadan Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşa bilməz. Bu iki istiqamətdə münasibətlərdə normallaşmanın baş vermədiyi halda isə Ermənistanın inkişafının perespektivləri sual altındadır.

Digər tərəfdən isə bu vəziyyətin uzanması hər hansı bir səbəbdən münaqişəni yenidən alovlandıra bilər. Bu isə daha çox Ermənistana zərbə vuracaq. Ona görə Ermənistan cəmiyyəti hökumətdən tələb etməlidir ki, Rusiyanın qoltuğundan çıxıb müstəqil siyasət yürütsün, ölkəni blokadadan çıxarsın və s. Bu istiqamətdə cəmiyyətin təpkisi var, amma çox zəmfdir".

Akif Nəsirli

0.030218839645386