Minatəmizləyən gəmilər və delfinlər
II Dünya Savaşı ərzində Qara dəniz hövzəsində 37 min 407 mina quraşdırılıb. Müharibədən sonra həmin minalar ləğv edilib və yalnız 19 min 313-ü zərərsizləşdirilib.
Paralel.az xəbər verir ki, ekspertlərin fikrincə, 18 min 94 mina hələ də dənizdədir. Onların zərərsizləşdirilməsi üçün xüsusi gəmi və qayıqlardan istifadə olunur.
2019-cu ildə Krasnodar vilayətinin Gəlincik kurort zonasında dənizin 3 metr dərinliyində gəmi əleyhinə mina aşkarlanıb. Minaaxtaranlar həmin minanı risk edərək poliqona aparmış və orada partladıblar.
Dəniz minalarının prototiplərini hələ XIX əsrdə rus-türk müharibələri zamanı istifadə ediblər. 1877-ci ildə Stepan Makarov da Osmanlı ilə döyüşlərdə dəniz minalarından istifadə edib. 1908-ci ildə isə digər rus admiral Pyotr Kitkin tikanlı dəniz minalarını icad edib.
Minatəmizləyən gəmilər də 1904-cü ildə Çar Rusiyasının dəniz donanmasında istifadəyə verilib.
1960-cı ildə isə ABŞ-da mina axtarışlarını xüsusi təlim görmüş delfinlər həyata keçirirdi. Dəniz heyvanları minaxtaran peşəsinə yiyələnirdilər. Lakin Birləşmiş Ştatlarda heyvanların hüquq müdafiəçilərinin etiraz dalğaları coşanda bu proses dayandırıldı. Amerikanlar delfinləri “knifefish” aparatı ilə əvəzləyiblər.
Mina təmizlənməsi üçün unikal pilotsuz qayıq olan “Çayka” isə İsraildə hazırlanıb. Belə ki, qayıq müdaxiləsiz 96 saat dənizdə qala bilir. Buna paralel peyk vasitəsilə dispetçerlə əlaqəyə də girir.
Aparat torpeda və puleymotla da silahlanıb. “Çayka” qayığı mina ilə yanaşı dalğıc-diversantları da aşkarlaya bilir. Göyərtədəki kömpüter 135 növ atom və dizel gəmiləri müəyyənləşdirir.
Rusiyanın “Aleksandrit” gəmisi isə minalar üçün gözəgörünməz hesab olunur. Onun gözəgörünməzliyinə səbəb korpusunun monolit şüşəplastikdən hazırlanmasıdır.
Buna baxmayaraq, möhkəmliyinə görə polad, dəmirdən geri qalmır. Dəniz minalarının maqnit partlayışları da bu gəmiyə təsir etmir. Gəminin əsas silahları pilotsuz qayıq və minaları tapıb məhv edən robotlardır. Bu aparatlar bir kilometr dərinliyə kimi enə bilirlər.