“Səni axtarıram”ın müəllifi və aparıcısı niyə işsiz qalıb?

“Səni axtarıram”ın müəllifi və aparıcısı niyə işsiz qalıb?
 
Paralel.az xəbər verir ki, “Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı “Xəzər” TV-dən ayrıldıqdan sonra işsiz qalıb. 

Xoşqədəm Hidayətqızının ARB TV-də fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılsa da, sonradan həmin informasiya təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.

Məlumata görə, “Səni axtarıram”ın Space TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi X.Hidayətqızıyla əməkdaşlıqdan imtina ediblər.

Züleyxa

0.022528886795044