Mehriban Əliyeva idmançılarımızı təbrik edib 

Mehriban Əliyeva idmançılarımızı təbrik edib 
 

Paralel.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz “Instaqram” səhifəsində yazıb:

“Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub.

Şahnaz

0.012888193130493