Qaradağ rayon sakinindən prezidentə şikayət məktubu 

Qaradağ rayon sakinindən prezidentə şikayət məktubu 
 

 Bakı şəhəri Qaradağ Rayonu Sahil qəsəbəsi, Ə.Gülbabayev küç, ev 18, mənzil 35-də yaşayan Rzayeva Fəridə Meyli qızı Paralel.az -ın redaksiyasına şikayət ərizəsiylə müraciət edib.

 Şikayət ərizəsini olduğu kimi oxuculara təqdim edirik. 

"Mən Bakı şəhəri Qaradağ Rayonu Sahil qəsəbəsi Ə.Gülbabayev küç ev 18, mənzil 35-də yaşayan Rzayeva Fəridə Meyli qızı, doğma qardaşım Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qalmışam. Yoldaşım Rzayev İltifat Qüdrət oğlu 2012-ci ildə vəfat edib. 2013-cü ildə qardaşım yoldaşımdan qalan mənzili mənim adıma özəlləşdirməsinə köməklik göstərəcəyini bildirmiş və öz dəsti xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizəsinə məni aldadaraq, savadsızlığımdan, yaşlılığımdan sui istifadə edərək əsl imzamı atdırmışdır.
Övladlarımın adından öz dəsti xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizələrinə saxta imzalar göstərməklə 45 saylı natariat kontorunun reisi Tofiq Şükürov Gülabbas oğlu ilə əlbir olub, təsdiqlətdirmişdir.
Bakı şəhəri Mənzil kamunal Təsərtüfat Departamenti ilə iş birliyi quraraq məndən xəbərsiz adıma gizli yolla saxtakarlıqla bağladığı müqaviləni özündə saxlayıb, məndən gizlədir.
Özəlləşmə ərizələrini bir kənara qoyaraq, çirkin niyyətinə nail olmuşdur- adıma aldığı Sərəmcamda mənim adıma yeni şəxsi Maliyyə hesabı açdırmışdır.
Mənzilimi Dövlətə satıb və yaxud girov qoyub, müqavilə məndə olmadığından tam məlumatım yoxdur, maliyyəni Beynəlxalq Bankın yasamal filalından mənim xəbərim olmadan mənimsəmişdir.
Bank mənzilə baxmadan, bizə məlumat vermədən mənim adıma maliyyə vermişdir. Gizli yolla bu mənə məlum olmayan məbləği qardaşım Ələmov Rahim Meyli oğlu almışdır.
Xahiş edirəm bu məsələ ciddi araşdırılsın.
Sədr Abbas ibrahimovun diqqətinə çatdırılsın. Bu məsələdə qardaşım Ələmov Rahim Meyli oğluna, qardaşım Ələmov Yusif Meyli oğlu, Ələmov Akif Meyli oğlu, Ələmov Röşən Meyli oğlu və doğma bacım İbadova Kamilə Meyli qızı yaxından köməklik göstərmişdilər. 
119 saylı keçmiş jek müdrü hal hazırda müdür müavini Vidadi Əliyev köməklik etmişdir. Sahil Qəsəbəsinin İcra Numayəndəsi və Bələdiyə Numayəndəsi mənim razılığım olmadan, məndən xəbərsiz gizli yolla AKT vermişdir.

10 83 saylı N Poçtun rəhbəri Sevil xanım yaxından köməklik etmişdir. Hələ də bu günə qədər qardaşım Rahimlə əlbirdir. 3 Nömrəli Asan Xidmətin Reystr Şöbəsində çalışan gənc qız qardaşım Ələmov Rahim Meyli oğlu ilə əlbir olaraq, Dövlət Mülkiyyətli Çıxarışını mənə Xüsüsi Mülkiyyət Çıxarışı kimi təqdim etmişdir. Mənim savadsızlığımdan sui istifadə etmişdilər. Dövlət müəsəsi olduğundan və doğma qardaşım olduğundan məni aldatmalarını başa düşməmişəm. 1saylı Bakı Şəhər Ərazi Reyestr xidməti idarəsi adıma məndən xəbərsiz hesab köçürmüş mənzilimə baxış keçirmədən. Bu barədə də mənə heç bir məlumat verilməmişdir.

Xahiş edirəm bu məsələ ciddi araşdırılsın və rəis Nigar Alimovanın diqqətinə çatdırılsın.

13.01.2018ci ildə Mənzilimi satarkən bu məsələnin üstü açıldı və adiyəti üzrə bütün qurumlara müraciət etdim. Saxta icarə kirayə müqaviləsi ərizələri təqdim etmişəm hələ də bu günə qədər saxta ərizələri ekspertizaya göndərməyiblər. Cinayəti ört basdır edirlər. Qaradağ Rayon Məhkəməsində Övladlarım saxta ərizələrin ekspertiziyasını tələb etdi. Hakim Gülnar Əhmədova vəkilimiz Qulamov Ceyhun Oktay oğlu ilə əlbir olaraq, iddianı dəyişdilər saxta ərizələrin yerinə ekspertizaya natariatın qeydiyyat kitabını göndərdilər. Biz bu ədalətsizliyi görüb Məhkəməni dayandırdıq.

3 Məhkəmə keçmişəm ədalətsizlik olub, saxta ərizələr ekspertiza olunmayıb ədalətsiz Qərardadlar verilib. Ali Məhkəmənin Qərarından narazı qalıb. 

19.01.2019- cu ildə Plenium Məhkəməsinə əlavə kasasiya şikayətini vəkilim tərəfindən, poçt vasitəsi ilə göndərmişəm. 22.01.2019 -cu ildə icrata daxil olub, lakin hələ də bu günə qədər iddiam sədr Ramiz Rzayevdən gizlədilir.
Mülkümlə bağlı işimə baxılmır. Dəfələrlə Məhkəmə -hüquq şurasına şikayət etmişəm, heç bir köməklik yoxdur. Sizdən artıq dərəcədə xaiş edirəm müqavilə aşkara çıxarılsın və bu məsələ ciddi araşdırılsın. Saxta yollarla mənim adımdan Dövlətdən mənimsənilən maliyyə dövlətə qaytarılsın və mənim mülküm qanuni şəkildə özümə qaytarılsın. Mənə məlum oldu ki, qardaşlarım Rahim, Akif, Yusif, Röşən və bacım Kamilə mənim mənzilimin üzərində saxtakarlıqla, dələduzluqla mənim və övladlarımın razılığı olmadan dövlətdən saxta yollarla mənim adımdan maliyyə mənimsəyiblər və sahibkarlıqla məşğuldurlar. Market işlədirlər, hamısı əlbir və şərikdirlər.

Qardaşlarım və bacım aldatma yolu ilə pay alıb adlarını zərfə qoydurublar, sahibkarlıq adı altında qeyri qanuni idarəçilik edirlər. Nə Notariat, nə məhkəmə, nə də digər adiyəti qurumlar, aldatma yollu ilə alınan payı aşkara çıxartmaqda maraqlı deyillər nədənsə. Məndən gizlədilir, cinayət ört basdır olunur. Mən tələb edirəm saxta yolla qurulan sahibkarlığa, aldatma yolla alınan pay qanunsuz, etibarsız sayılsın.

Saxta yollarla qurulan sahibkarlığ dayandırılsın, ləğv olunsun. Sərəmcam Dövlət Mülkiyyətli Çıxarış icarə kirayə müqaviləsi ləğv olunsun, Məhkəmə qaydasında mənə dəymiş maddi mənəvi ziyan ödənilsin, mülküm qanuni qətnamə şəkilində özümə qaytarılsın. Bizim ailəvi olaraq tələbimiz budur pozulmuş hüquqlarımız bərpa olunsun. Bu insanlar cinayətlərini ört basdır etməkdən ötrü övladlarımı və məni şərləməklə hədələyirlər.

Dövlətimizə güvənirik və dövlət babadan müdafiəmizə qalxmasını istəyirik. Əgər bizə məhkəmələrdən və yaxud adiyyəti qurumlar tərəfindən rəsmi cavab verilərsə,  qəbul edəriksə imzamızla təsdiqləyib qəbul edərik. 

Xahiş edirik bu şikayətimizi prezident İlham Əliyevə, vitse prezident Mehriban Əliyevaya çatdırılsın.

Məktubumuzun və ərizəmizin, Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova, Ədliyə Naziri Cənab Fikrət Məmmədova, Baş Notoriat kontorunun rəisi İlqar Məmmədova, Baş prakror Cənab Kamran Eliyevə və Ali Məhkəmənin Sədri Cənab Ramiz Rzayevə, Auditor palatasının Sədri Vahid Novruzovun, Kənd Təsərüfat Naziri İnam Kərimovun, Əmək və Əhalinin Sosial Naziri Sahil Babayevə, İqtisadiyyat Naziri Mikayıl Cabbarova, KOB Agentliyinin İdarə Heyətinin Sədri Orxan Məmmədova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova, Beynəlxalq Münasibətlərin təhlili Mərkəzi İdarə Heyyətinin sədri Fərid Şəfiyeva, İnsan resursları Assosiyasiyası İdarə heyətinin sədri Tural Məmmədova, İrəli ictimai birliyi sədri Şahin Rəhmanlıya,, Aqrar Tədqiqatlar Mərkəzinin Direktoru Firdovsi Fikrətzadəyə, Qida Təhlükəsizliyi Agentliyi sədri Qoşqar Təhməzliyə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sədri Mübariz Qurbanlıya, ASK Prezidenti Məmməd Musayevə, Milli Məclisin sədri Sahibə Qafarovaya, Mərkəzi Bankın sədri Elman Rüstəmova, Maliyyə Naziri Samir Şərifova, Məhkəmə -Hüquq Şurasının Sədri Cavid Hüseynova çatmasında köməklik edəsiniz. 

Bizim ailəyə köməklik olunsun . Qeyd: Elemov Rahim və Ələmov Rövşən Meyli oğlanlari Masalli Rayonunun Viləş kəndinin qeydiyyatindadir, Ələmov Akif Meyli oğlu Qaradaq Rayonun sahil qəsəbəsinin qeydiyatindadir, Ələmov Yusif Meyli oqlu Qobustan Rayonunun qeydiyatindadir, Ibadova Kamilə Meyli qizi Baki səhəri Nizami Rayonunun qeydiyatindadir. 

Bu dələduzlar saxta yollarla mülkümüzü mənimsəmək istəyirlər, xahiş edirik bu dələduzlar ciddi cəzalandırılsın. Qanun qarşısında cavab versinlər, şikayetimiz nezere alınsın.

Bəli, biz də "Paralel" qəzeti və "Paralel.az" saytı olaraq, şikayətçinin məktubunu işıqlandırmağı özümüzə borc bildik. Bundan sonrası aidiyyatı qurumların işidir." 

Paralel.az

 

0.016016960144043