Təhsilimizin Qarabağ qayğıları

Təhsilimizin Qarabağ qayğıları
 

Xankəndi, inşaAllah bizim idarəetməyə keçəndən sonra, orda bir çox sahələrdə, o cümlədən təhsil sahəsində də islahatlar aparılmalı, ölkənin vahid iqtisadi və humanitar məkanına inteqrasiya prosesləri getməlidir.

Bu işlərə əvvəlcədən hazırlaşmalıyıq. Yəni, həmişəki kimi hadisələrin arxasınca getməli deyilik, hadisələri qabaqlamalıyıq. Bizi bu yolda gözləyən problemləri əvvəlcədən ehtimal etməliyik. Təhsil təcrübəmizdə belə inteqrasiya praktikası hələki olmayıb. Təhsilin təşkilinin ayrı ayrı istiqamətləri üzrə: tədris metodik təminat, kadr təminatı, maddi texniki təminat v.s. məsələləri əhatə edən planlama olmalıdır. Prosesin yekununda Qarabağın ermənidilli məktəbləri, Qarabağda yaşayan erməni şagirdləri bizim milli təhsil məkanına inteqrasiya edəcək, ölkənin vahid təhsil məkanı qorunacaqdır. İlkin olaraq bu tədbirlərin bəzilərini qeyd etmək istəyirik. Bizdə əvvəlki illərdən qalma, təhsil sahəsində müəyyən təcrübələr var. 1. Qarabağın erməni uşaqlarına öz milli kurikulumlarımız əsasında erməni dilində tədrisin təşkili. 2. Bizim milli dərsliklərin bir qismini erməni dilinə tərcümə etmək. 3. Erməni sektoru üçün yerli kompenentli yeni tədris planları və dərsliklər hazırlamaq: Azərbaycan tarixi, Azərbaycan cografiyası Azərbaycan dili v.s. 4. Erməni müəllimlərinin seçilib məktəblərdə işlə təmin edilməsi və attestasiyasının təşkili üçün EMİQ, (ermənicə MİQ), EDQ (ermənicə DQ) sistemi yaratmaq. 5. Erməni gənclərinə distant təhsili qadağan etmək (çünki, bizdə DT yoxdur). Ümumən, çalışmalıyıq ki, erməni məktəbliləri bizim uşaqlardan savadlı olmasın. Eyni ilə məktəbəqədər təhsil, peşə təhsili, subbakalavr, bakalavr, magistratura təhsili sahəsində də (Xankəndi universiteti üçün) milli təhsil məkanımızın bərqərar olması üçün tədbirlər planı yaratmalıyıq. Amma bu təhsil islaharlarını əvvəlkilər kimi, necə gəldi edə bilməyəcəyik, çünki ermənini aldatmaq çətindir.

0.21485781669617