Türkiyə ilə rəqəmsal ticarət inkişaf etdiriləcək

Türkiyə ilə rəqəmsal ticarət inkişaf etdiriləcək
 

Azərbaycan tərəfi rəqəmsal ticarət mexanizminin işə salınmasına hələ hazır deyil

Paralel.az xəbər veir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu təsdiq edib.

Bu barədə "Resmi Gazete" məlumat yayıb. Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb. Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında ticarətin rəqəmsallaşdırılması, rəqəmsal ticarətin dayanıqlı və sabit inkişafının təşviq edilməsidir. Sənəd kommunikasiya mexanizmini və rəqəmsal ticarətdə əməkdaşlığın hüquqi çərçivəsini yaratmağı hədəfləyir.

Mütəxəssislərin məlumatına görə, sözügedən sənəd qəbul edildikdən sonra işləmə mexanizmi üzrə işçi qrup fəaliyyətə başlayıb. İşçi qrup bir ay ərzində Türkiyə ilə Azərbaycan arasında rəqəmsal ticarəti ritmik mexanizm halına salmağı qarşısına məqsəd qoyubmuş. Lakin iş başlandıqdan sonra bəlli olub ki, hökumətlər arasında bu cür rəqəmsal ritmik ticarət mexanizminin işə salınmasına Azərbaycan tərəfi hələ hazır deyil. Ona görə də aprel ayından bəri türklər və azərbaycanlılardan ibarət işçi qrup Azərbaycan Elektron Hökumət portalının rəqəmsal ticarət bölümü üzərində işləyir. İşçi qrupundan sıza qeyri-rəsmi məlumatlara görə, mexanizmin tam işə salınması üçün hələ bir neçə ay da intensiv iş aparılmalıdır.

Ümid edək ki, yaxın bir neçə aya Türkiyə ilə Azərbaycan hökumətləri arasında rəqəmsal ticarət mexanizmi işə düşəcək.

Bu bir tərəfdən hökumətləroarası ticarəti sürətləndirəcək, Türkiyədən mal gətirmək istəyən iş adamlarının işi asanlaşdıracaq, həm də pərakəndə şəkildə Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən müxtəlif brendlərin distribyuterlərində internet üzərindən mal alınması daha güvənli formaya düşəcək.

Akif Nəsirli

0.12240290641785