Məryəm Qafarzadə:" Teatrsevərləri onun nə zaman açılacağı sualı çox maraqlandırır"

Məryəm Qafarzadə:
 

Paralel.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə bildiri ki, teatrsevərləri teatrlarımızın nə zaman açılacağı sualı çox maraqlandırır. 

Bildirmək istərdim ki, bu mövzuda şöbəmizə daxil olan çoxsaylı media sorğularını da nəzərə alaraq, qeyd edim ki, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər:

“Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcəkdir. Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.

Şahnaz

 
 
0.061331033706665