Əfqanıstan "Taliban"ın əlində...

Əfqanıstan
 
Yaşar Nəzərov yazır...
 Bildiyiniz kimi artıq ölkəni idarə edənlər - başda ölkənin prezidenti Əfşar Qəni ölkədən qaçmışlar.
Əfqanıstan qırx ildən bir az çox həmişə dünyanın diqqət mərkəzində olub. Bu müddət ərzində Əfqanıstandakı tarixi prosesləri sadalamaq fikrində deyiləm. Bir başa indiki məqama gəldikdə Əfqanıstanda talibançılar yenidən vəziyyəti ələ alması heç də xoşa gələn deyil.
Birinci növbədə konkret deyim ki, bunlar sivilizasiyadan kənar adamlardır. Bir adam ki, süfrəsində qaşığ-çəngəl görmək istəməsin, qadınlarını kölədən də kölə hesab etsinlər, onlardan nə gözləmək olar? Hətta qədim mədəniyyət abidələrinə belə varvar münasibət bəsləyənlərdir.
İkincisi, Əfqanıstanın qaçan Ə. Qəni höküməti öz zəifliyini tamamilə büruzə verdi. Co Bayden iki gün əvvəl ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə bağlı xalqına müraciətində dedi: "Biz əfqan xalqına hər şey verdik. Təsəvvür edilməyəcək dərəcədə maddi yardımlar etdik. 300 minlik ordu yaradıb onu hətta bir çox müttəfiqlərimizin malik olmadığı imkanlarla təchiz etdik. Biz illərlə böyük vəsaitlər - cəmi bir trilyon dollara yaxın, təkcə idarəetməyə 88 milyard dollar vəsait xərcləyib, bütün əfqan ordusunun və idarəetməsinin maaşını verdik. "Taliban"ın bircə hava uçağı yox idi, biz əfqan ordusuna hava qüvvələri yaratdıq. Lakin onlar bütün bu imkanlardan istifadə etmək əvəzinə, onları qoyub qaçdılar. Biz əfqanlara hər şeyi verdik, bircə şeydən başqa - öz gələcəkləri üçün mücadilə etmək iradəsini biz onlara verə bilmədik. Bunun üçün çox çalışdıq".
Çıxışının sonunda isə: "Taleyi üçün vuruşmayan əfqanların yerində biz vuruşan deyilik. Amma yenə lazım olsa biz orda olacağıq...
Biz Əfqanıstana terrorla mübarizə aparıb, Əl-Qaidanı zəiflətmək üçün getmişdik, bunu ABŞ-ın maraqları tələb edirdi və biz məqsədlərimizə nail olduq. Terrorla mübarizə zərurəti yaranacaqsa, yenə gedəcəyik. Ancaq ABŞ-ın Əfqanıstanda "xalq qurucululuğu", kimi bir öhdəliyi yoxdur!"
Əfqanıstanı idarə edənlərə göstərdiyimiz yardımlardan "Taliban"ada verdilər. Onları yaşatdılar, daha da fəallaşdırdılar ki, vəziyyəti gərgin saxlamaqla, əfqan höküməti ABŞ-dan daima yardım alsınlar. Amma öz qazdıqları quyuya özləri düşdülər".
Bir sıra siyasi icmalçılar, xəbər agentlikləri Rusiyanın, Çinin və Pakıstanın Əfqanısdakı hadisələrdə öz mənafeyi baxımından aktivləşəcəklər. Mən inanmıram ki, ABŞ Rusiyaya və Çinə orada əl-qol açmağa imkan versin.
Əfqanıstandakı hadisələrdə sular durulduqca aydınlıq gələr.
Baxmayaraq, hakimiyyəti yumuşaqlığla verən Ə. Qəni höküməti öz bəslədikləri "Taliban" hakimiyyəti olacaq, amma talibançıların hakimiyyəti dünyanın üzünü ağartmayacaq.
0.020843029022217