ASAN xidmət "çökdü"

ASAN xidmət
 

Paralel.az-ın əməkdaşları ASAN xidmət mərkəzlərinin iş rejiminin monitorinqini bu gün də davam edib. 1, 2, 3, 4 və 6 saylı ASAN xidmət mərkəzlərində şəxsiyyət vəsiqələri bölməsi pəncərələri (pasport-masa bölümü) dünən saat 16.00 radələrində etibarən sistemdə problem.üzündən işini dayandırıb. Bu gün saat 10.00-a olan məlumata görə hələ də sözügedən pəncərələrdə iş tam pərpa edilməyib, yalnız 15 yaşa qədər olan uşaqlar üçün xidmət bərpa edilib.
ASAN xidmət mərkəzinin əməkdaşlarının sözlərinə görə, ölkə üzrə sistemin bu bölümündə proqram problemi yaranıb. Başqa sözlə desək, sistemin sözügedən bölməsi çöküb.
"Ona görə də ASAN xidmətin "C" bölümü dünəndən işləmir. ASAN xidmətin proqramçıları sistemin bərpası istiqamətində işlərini davam etdirir" - derya mərkəzin əməkdaşı bildirib.

Akif Nəsirli

0.035628795623779