ASAN, yoxsa çətin xədmət?

ASAN, yoxsa çətin xədmət?
 
 

Paralel.az-ın müxbirlərinin müşahidəsinə görə Bakı şəhərində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində vətəndaşların işi yaman çətinə düşüb.

Belə ki, xidmətin Bakı şəhərindəki bütün xidmət mərkəzlərində ciddi sıxlıq müşahidə edilir ki, bu da xidmət almaq istəyənlərin vaxtının itməsi bir yana, pandemiyanın genişlənməsinə rəvac verir. Məsələn, Yasamalda yerləşən 3 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən pasport-masa xidmətində səhər saat 10 radələrində 400 nəfərdən çox vətəndaş növbəyə durduğu barədə adminstrator müxbirimizə məlumat verib. Sıxlığın səbəbini soruşduqda isə xidmət sözçüsü bildirdi ki, müraciət edənlərin sayı çox olduğundan sənədləşdirməni aparıb, gün ərzində bütün müraciət edənlərə xidmət göstərə bilmirik, ona görə də günlərlə yığılıb belə bir vəziyyət yaranır.

ASAN xidmət mütəxəssisi olmasaq da, məntiqlə düşündükdə hansı xidmətə tələbat çaoxursa, həmin xidmətin pəncərələrinin sayını, daha az xidmət tələb edilən pənzərələrin sayını azaltmaq hesabına, artırmaq və bununla da problemi həll etmək olar. Sadəcə olaraq ASAN xidmətin devzindəki operativlik ideyasını reallığı çevirmək gərəkir. Bizdə isə həmişəki kimi, dövlət orqanları yalnız cəlbedici şüarlar, ideyalar və sloqanlar seçməklə işlərini bitmiş hesab edirlər.

ASAN xidmət mərkəzinin çıxışında xidmət alan vətəndaşların rəyini öyrənən əməkdaşların iş prinsipi diqqətimizi xüsusilə cəlb etdi. Əməkdaşlar xidmətdən razı qalan vətəndaşları əllərindəki vərəqə qeyd edir, narazılıq edənlər barədə isə heç bir qeydiyyat aparmırdılar. Səbəbini soruşduqda isə bizim müşahidələrimizə rəğmən, əməkdaşlar bildirdi ki, onlar seçmə üsulu ilə rəyi soruşulan bütün vətəndaşları söylədiyi rəyə uyğun qeydiyyata alırlar. Artıq bunun da şərhə ehtiyacı yoxdur.

Akif Nəsirli

0.18994998931885