Siyasi məhbuslar azadlığa buraxılır

Siyasi məhbuslar azadlığa buraxılır
 

Əfqanıstanda “Taliban” ali lideri Şeyx Əl-Hadis Haybatullah Axundzadə (Hafizullah) ölkənin bütün həbsxanalarından siyasi məhbusların sərbəst buraxılması əmrini verib.

Paralel.az xəbər verir ki, bu barədə taliblərin sözçüsü Kari Yusif Əhmədi açıqlama yayıb

“Siyasi məhbusların ölkənin bütün həbsxanalarından sərbəst buraxılması haqqında fərmanda qeyd edilir ki, əyalətlərin qubernatorları ölkədəki bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməli və sabahdan ailələrinə təhvil verməlidirlər”, - deyə məlumatda bildirilir. 
Eyni zamanda, sosial şəbəkələrin Əfqanıstan seqmentində Çarkint mahalının keçmiş başçısı Salimə Mazarinin “Taliban” əsirliyindən azad edilməsi tələbləri artır. O, əvvəlki hökumətdə mahal valisi olaraq çalışan üç qadından biri idi.

Röyal

0.027473926544189