Tramp Baydenə istefa verməyi təklif edib

Tramp Baydenə istefa verməyi təklif edib
 

Bu gündünyanın siyasi arenasında ən çox müzakirə olunan mövzulardan biri də "Taliban" hərəkatının Əfqanıstanda hakimiyyəti ələ almasıdır. Görünəni o dur ki, Əfqanıstanda əsas maraqları olan Amerika və Rusiya hələ kmi gözləmə mövqeyindədirlər. Rusiyada qadağan olunmuş "Taliban" hərəkatının Əfqanıstanda yenidən hakimiyyətə qayıdışı heç də sıcaq qarşılanmır. Amerika ictimaiyyəti də bu məsələdə eyni fikirdə deyil. Eks-prezident Tramp isə bu məsələyə görə prezident Baydenə istefa verməyi təklif edib. Və bildirib ki, bu Amerikanın ən böyük biabırçı məğlubiyyətidir. Tramp həmçinin qeyd edib ki, bu Bayden üçün çətin olmamalıdır, çünki seçkilərdə saxtakarlıq edərək, bu vəzifəyə sahib olub.

Tramp eyni zamanda"Taliban" hərəkatını da ittiham edərək, bildirib ki, onlar dövlət üçün yox, pul üçün mübarizə aparıblar. Elə ki biz getdik, onlar da mübarizəni dayandırdılar. Bu isə o deməkdir ki, Əfqanıstanda son 40 il ərzində davam edən qardaş qırğını məhz, amerikanın pulları hesabına həyata keçirilib. Artıq şərhə ehtiyac yoxdur...

Yusif

0.016594171524048