Ölümə məhkum edilən, günahsız insanlar

Ölümə məhkum edilən, günahsız insanlar
 

Sahil Babayev onları xilas etmədi, əksinə ...

 Azərbaycanda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səlim Müslümovun nazirliyi dönəmində bu nazirliyə birləşdirilən Dövlət Sosial Müdafiə Fondu kimi insanların "sosial müdafiəsi ilə məşğul olan" qurumlar "fəaliyyət" göstərir. Fəaliyyət sözünü ona görə dırnaq arasında yazdım ki, bu qurumların fəaliyyəti sosial müdafiədən daha çox, insanları sosial sıxıntılar içərisinə salaraq məhv etməyə xidmət edir. Analoqu olmayan sosial islahatlar pensiya sisteminin "yaradıcısı" Səlim Müslümov Sahil Babayevə elə bir miras qoyub ki, bu bataqlıqdan çıxmaq onun üçün heç asan olmayacağını hamı bilirdi. Bununla belə hesab edirdilər ki, cavandır, savadlıdır, korrupsiya ruşvət çamuruna bulaşmayıb prezidentin etimadını doğrultmaq naminə bu bataqlığı çamurdan təmizləməyə gücü çatacaq. Eyni zamanda, Səlim Müslümovdan fərqli olaraq ahıl sosial müdafiəyə ehtiyacı olan insanlara qarşı daha anlaşıqlı həssas olacaq.

Fəqət, necə deyərlər, "sən saydığını say, gör fələk sayır". Sahil Babayev onu bu vəzifəyə təyin edənləri bilmirəm (onlar bu barədə ictimaiyyətə heç bir məlumat vermirlər), əhalinin etimadını əsla doğrultmadı, əksinə Səlim Müslümovun ölənlərinə rəhmət oxutdurdu.

Açığını deyim ki, mən "Tarix-Nadiri" yarısına qədər oxumuşam amma, bunların təqdim etdiyi formada sosial müdafiənin olduğunu bugunə qədər anlaya bilmirəm. Əgər insan pensiyaya çıxdıqdan sonra da, yaşamını təmin etmək üçün işləmək məcburiyyətin

dədirsə, bunun harası sosial müdafiə oldu? üçün eyni bir cəmiyyətdə yaşayan insanları müxtəlif koteqoriyalara bölüb pensiya təyin edirlər? Burada isə ədalət prinsipinə əsla məhəl qoyulmur. Mənə belə gəlir ki, pensiya təyinatı üçün müəyyən meyarlar olmalıdır. Ən əsas meyar isə stajıdır. Burada müəyyən koteqoriyadan olan insanlar üçün imtiyazların (məsələn, zərərli sahələrdə, ağır işlərdə işləmək ) nəzərdə tutulmasını istisna etmirəm. Sovet dönəmində bu insanlara digərlərindən yüksək pensiyalar təyin olunmurdu. Onlar digərlərindən fərqli olaraq 5-7 il əvvəl pensiyaya çıxmaq hüququ qazanırdılar. Pensiya isə hamı üçün eyni idi-120 manat. Hüquq-mühafizə orqanlarında, milisdə (polisdə), ordu sıralarında xüsusi xidmət orqanlarında çalışanlar istisna təşkil edirdi.

Eyni bir müəssisədə işləməyi stimullaşdırmaq üçün, bu müəssisələrdə uzun müddət (30 il) işləyənlərin pensiyasına 10 faiz, yəni 12 manat əlavə olunurdu. Bu gün isə Səlim Müslümov ölkədə elə bir pensiya sistemi yaradıb ki, bundan nəinki Sahil Babayev, heç fələk baş aça bilməz bilmir. Məhz bu səbəbdən , ölkədə həyata keçirilən pensiya siyasətindən narazılıqlar artır. Bəzən istər-istəməz düşünmək məcburiyyətində qalırsan ki, bəlkə hansısa bir gözəgörünməz qüvvə onlara tapşırır ki, ahılları qırın, dövlətə yük olmasınlar. Bu halda onlara bir xəbərdarlıq etmək zorundayam. Bu ibrətamiz məsəli yəqin ki, çoxları bilir. Qədim zamanlarda belə bir adət mövcud olub, ahıl, yaşlı insanları aparıb qoyurmuşlar ucqar bir yerə ki, qurd-quş onları yesin. Bir gün atasının həddən ziyadə çox istədiyi oğlu onu aparıb qoyur həmin yerə. Ata oğluna deyir, məni bu kisədən çıxar onu götür apar özünlə, bir müddət sonra oğluna lazım olacaq ki, səni buraya gətirsin. Oğul atasının sözündən sonra onu qucağına alıb kəndə qayıdır o gündən bu adətə son qoyulur.

Amma təəssüflər ki, Sahil Babayevin Səlim Müslümovun ahıl insanları dilənçi kökünə salaraq məhvə sürükləyən qaydaları dəyişməyə gücü çatmadı. Əksinə, həmin qaydaları daha da sərtləşdirdi ki, bu da haqlı narazılıqlara səbəb olur.

Onu da diqqətinizə çatdırım ki, tarixi məlumatlara görə, ahıl insanlara, əlil qazi hərbiçilərə digər kateqoriyadan olan yaşlı insanları pensiya, yaxud dövlət müavinətlərinin verilməsinə  ilk dəfə Almaniyada 1889-cu ildə kansler Bismarkın dövründən başlanıb. Amma belə bir fakt da mövcuddur ki, Bismarkdan daha əvvəl İmam Şamil ətrafında olan ahıl insanlara pensiya verib. Çar Aleksandr da İmam Şamili Kaluqaya sürgün etdiyi zaman, ona ailəsinə pensiya təyin edib. Baxmayaraq ki, İmam Şamil Rus çarlığına qarşı 25 il azadlıq mücadiləsi aparmışdı.

Bu gün isə haram yeyib harınlayan, xalqdan dövlətdən taladıqları milyonları hesabına özlərinə topdağıtmaz mal-dövlət sərvət toplayan bəziləri hesab edir ki, pensiyalar ümumiyyətlə ləğv edilməlidir. Mən pensiya yaşının artırılmasını istəyənlərə zamanında sözümü demişəm, indi pensiyanın ləğv edilməsini istəyənlərə deyirəm: mən sizinlə razıyam, qoy pensiyaları ləğv etsinlər, bir şərtlə, əvvəlcə sizin haram yolla əldə etdiklərinizin hamısı əlinizdən alınsın. Əməkçi insanın yaşlandıqdan sonra gözünü dikdiyi pensiyadır, onu da əlindən alsanız o ilə dolanacaq? Bəylər, ağalar, cənablar kasıbın malına göz dikməyin! Bu kasıblar olmasa, sizin üçün kimlər işləyəcək, kimlər sizin yaşamınızı təmin edəcək? Kasıba yox, özünüzə yazığınız gəlsin. Cüzi əmək haqqına çalışan kasıb insanların övladları olmasa, bu dövləti yağı düşməndən kim qoruyacaq, sizin doymaq bilməyən qarınlarınızı kim doyuracaq, bir bunu düşünün...

 P.S. Keçən şənbə günü, axşam çağlarında Yasamal rayonu ərazisində yerləşən "Azərbaycan " nəşriyyatının girişində quraşdırılan "Bankomat" dan pul almağa gələn yaşlı bir kişi, elə oradaca canını tapşırıb. Onun "qatili" bilirsiniz kimdir? Sahil Babayevin biganəliyi. Çünki evində çörəyi, içməyə dərmanı olmayan ahıl insan son ümidini pensiyaya bağlayır hər gün son gücünü toplayıb "Bankmata" yaxınlaşır- pulu görəndə gözünə işıq gəlir, onda həyat eşqi yaranır. Pul olmayanda isə son ümidi ölür insan bu dünyadan köç edir... Bu hadisəni sadəcə bir misal olaraq çəkdim, bəlkə həmin insanın belə bir problemi olmayıb, amma bu o demək deyil ki, belə bir problem yoxdur.

 Yusif Seyid

0.03753399848938