Terrora qarşı immunitet - vətəndaş cəmiyyəti

Terrora qarşı immunitet - vətəndaş cəmiyyəti
 

Çağdaş dünyada istənilən ölkənin daxilində zərərli dini ya milli qruplaşmalar var ki, onlardan cəmiyyətə gələn terror təhdidləri həmişə aktual olur. Dövlətin isə bir saylı vəzifəsi cəmiyyəti belə terror təhdidlərindən qorumaqdır. Qorumanın bir variantı güc strukturları ilə təhlükəsizliyin təmin edilməsidir ki, bu həmişə səmərə vermir. Düzdür, bütün dövlətlərdə güc strukturları bu işlə məşğuldur, amma bütün terror aktlarında güc xüsusi xidmət orqanlarının əməkdaşları, yalnız hadisə baş verdikdən sonra hərəkətə keçir, araşdırma aparır, günahkarları müəyyən edir. Bəzən isə heç günahkarları da tapmaq mümkün olmur.

Azərbaycanda fəaliyyət göstərən radikal-dini qrumlar da zaman-zaman terror aktı törədib. Məsələn, 17 avqust 2008-ci ildə Əbu Bəkr məscidinə iki əl qumbarası atıldı. Terror nəticəsində 2 nəfər öldü 18 nəfər ağır bədən xəsarətləri aldı. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da var idi. Azərbaycan polisi terror aktını İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları" qrupunun törətdiyini bəyan etmişdir. Bu hadisədə diqqəti ona çəkmək istəyirik ki, terrorun sifarişçisinin hansı qruplaşma olmasına baxmayaraq, fakt odur ki, hadisəni Azərbaycan cəmiyyətinin üzvü törədib, ikitərəfli zərər məhz bizim topluma dəyir. Yaxud da, dini-radikal qrumların Azərbaycandan Suriyaya mücahidlərin aparılmasını misal gətirmək olar. Hər iki halda cəmiyyət zərər çəkdi, itkilər verdi, polis isə yalnız hadisə baş verəndən sonra müdaxilə etdi, araşdırma apardı s. Bu prosesi önləmək, hadisə baş verməzdən əvvəl onu zərərsizləşdirmək mümkün deyilmi?

Bəli, müasir dünyada istənilən zərərli hərəkat dalğasını önləmək itkisiz zərərsizləşdirmək mümkündür. Amma bunun üçün ölkədə azad güclü vətəndaş cəmiyyəti institutları - media, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, müxtəlif təmayüllü mədəni birliklər, sağlam dini icmalar olmalıdır. Dövlət, məhz bu qurumların geniş spektrlı fəaliyyətinin təminatçısı rolunda olmaqla, onların fəaliyyət azadlıqlarını təmin etməlidir. Nəticədə vətəndaş cəmiyyəti institutları toplum üzvlərini müxtəlif profilli mərkəzlərdə birləşdirərək onları marifləndirəcək. Bu, həm təşkilatın yaşaması üçün, həm dövlət üçün maraqlıdır. Çünki dünyada gedən prosesləri, dinlə mövhümatı, humanitar təşkilatla terror təşkilatını s. dəyərləri insanlar məhz vətəndaş cəmiyyəti institutlarından öyrənməlidir. Onlar zəif olanda ya ümumiyyətlə mövcud olmayanda cəmiyyətdə cəhalət baş alıb gedir. Cəhalət olan cəmiyyət isə terror təşkilatları, radikal-dini quruplaşmalar üçün münbit məkana çevrilir. Necə deyərlər, bulanlıq suda balıq tutmaq asan olur.

Bunun baş verməməsi üçün isə ilk növbədə gənclərin milli-mənəvi ruhda tərbiyə olunmalarına, onlarda vətənpərvərlik, vətənsevərlik ruhunun aşılanmasına diqqət etmək lazımdır. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan gəncliyi öz Vətəni Dövləti üçün canından, keçməyə hazırdır. Lakin elə gənclərimiz var ki, muxtəlif təbliğatların təsiri altına düşməyə meyillidirlər. Qeyri-hökumət təşkilatları, eləcə gənclərlə əlaqəli olan dövlət qurumları, məhz bu qrup gənclərlə marifləndirmə işləri aparmalı onları zərərli təbliğatlardan qorumalıdırlar. Əks təqdirdə, onları itirə bilirik.

Bu gün Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi bir müsəlman ölkəsi kimi Azərbaycanı da narahat etməli gərəkən tədbirlər görülməlidir. Tədbirlər dedikdə heç biz Özbəkistandakı kimi sosial şəbəkələrin buloklanmasını nəzərdə tutmuruq. Söhbət vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsindən onlara azadlıqların verilməsindən gedir.

Politologiyada aksioma kimi qəbul edilən bir prinsip var ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti qədər məhdudlaşdırılırsa, cəmiyyət üzvləri bir o qədər daha çox gizli təşkilatlara, qadağan edilən qruplara qoşulmağa meyilli olurlar. Yəni vətəndaş sözünü qanuni təşkilatlarda deyə bilməyəndə öz yerini gizli qeyri-qanuni təşkilatlarda axtarmağa başlayır. Ona görə bu tendensiyanın qarşısını almaq üçün, vətəndaş cəmiyyəti institutlarının aktivləşdirilməsi vacibdir.

Nəticə olaraq qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi bir tərəfdən cəmiyyət üzvlərini özünü cəlb etməklə onun qeyri-qanuni qruplaşmalara qoşulması potensialını kəskin azaldır. Digər tərəfdən isə, institutlar vətəndaşı hərtərəfli maarifləndirdiyindən, onların qeyri-qanuni quruplaşmaların caynağına keçərək qurbanına çevrilmək ehtimalını azaldır. Vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi qədər yüksəkdirsə, o bu iki istiqamətdə bir o qədər səmərəli fəaliyyət göstərəcək. Bu səbəbdən , müasir dünyanın cağrışlarına cavab vermək təhdidlərindən qorunmaq üçün, immunitet qazanmalı üçün ölkədə vətəndaş cəmiyyətini  sürətlə inkişaf etdirilməli, onlara geniş azadlıqlar verilməlidir. Azad vətəndaş cəmiyyətlərinin mövcud olduğu ölkələrdə dövlət güclü olur. Vətəndaş dövlətin vəhdət bütün çətinlikləri aşmağa yardım edir.

 Akif Nəsirli 

Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.019953012466431