Koronavirus zamanı ən lazımlı qida qarpızdır
Paralel.az xəbər verir ki, rus mütəxəssisləri qarpızın koronavirusa faydalı olmasından bəhs ediblər. Teleaparıcı Sergey Aqapkin xatırladıb ki, insanın virusa yoluxmasının ilk əlamətlərindən biri temperaturun artması və intoksikasiya əlamətlərinin ortaya çıxmasıdır. Virus infeksiyalarda insanın iştahı pisləşdiyi və ya tamamilə yox olduğu üçün, qarpız ən lazımlı qidaya çevrilir: “Qarpızın yaxşı tərəfi onu yeməyin çox asan olmasıdır. O, eyni zamanda, həm detoksifikasiya xüsusiyyətlərinə malik bir maye, həm də bədənin ehtiyaclarını dərhal ödəyəcək sadə karbohidratlar mənbəyidir. Amma qarpızı yeməzdən əvvəl axar isti su və sabunla yumaq vacibdir”.
Nigar