Günəş və külək enerjisindən daha səmərəli istifadə edilməlidir
Paralel.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən 7 ay ərzində Azərbaycanda 14 milyard 868,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdu
Bunun 858,1 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 13,3 % çoxdur.
Bu ilin 7 ayı ərzində Azərbaycanda 54 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 11,8 % azdır.
Yanvar-iyul aylarında ölkədə 31,5 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin 7 ayının göstəriciləri ilə müqayisədə 16,2 % çoxdur.
Qeyd edək ki, alternativ enerji mənbələrindən əldə edilən enerjinin faizlə artımı nə qədər gözqamaşdırıcı olsa belə (külək enerjisi azalıb), onun istehsal edilən ümumi enerjidə xüsusi çəkisi cəmi 16 faizə qədərdir. Belə ki, ölkədə istehsal edilən 14 milyard 868,8 milyon kVt/saat energinin cəmi 943,6 kVt/saatı alternativ enerjinin payına düşür.
Nəzərə alsaq ki, Azərbaycanın günəş və külək enerji potensialı Avropa ölkələrindəkindən bir neçə dəfə çoxdur, buna rəğmən biz həmin ölkələrdən dəfələrlə az alternativ enerji istehsal edirik. İstehsal etdiyimiz alternativ enerjinin isə böyük əksəriyyəti ənənəvi su elektrik stansiyalarının payına düşür.
Məsələn, neft ölkəsi olan və neft gəlirlərindən daha səmərəli istifadə edən Norveçin günəş enerjisi əldə etmək potnesialı bizimkindən 3 dəfə az olsa da, biz il ərzində 50-60 milyon kVt/saat günəş enerjisi istehsal etdiyimiz halda, Norveçdə ildə 300 kVt/saata yaxın günəş enerjisi istehsal edilir.
Bu istiqamətdə inkişafə təkan vermək potensialı daha çox neft ölkələrindədir, çünki onlar xam neft satışından killi miqdarda vəsait əldə edirlər. Həmin vəsaitlərin bir hissəsini alternativ enerji mənbələrinin inkişafına ayırmaqla onlar gələcəyə kapital qoymuş olarlar.
Akif Nəsirli