Yenə avtoqəza, yenə ölüm...
Paralel.az xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Salyan şəhərinin 20 Yanvar küçəsinin sakini 34 yaşlı Səfərov Əliağa Əbülfəz oğlunun idarə etdiyi VAZ-2101 makalı avtomaşını arxadan gələn "Mercedes"in vurması nəticəsində "011"in sürücüsü hadisə yerində dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
Səma