Avtomobil toqquşdu, yaralananlar var

Avtomobil toqquşdu, yaralananlar var
 
 
Paralel.az xəbər verir ki,  Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı altı nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar – 1937-ci il təvəllüdlü Quliyeva Minayə, 1964-cü il təvəllüdlü Əfəndiyeva Firdovsi, 1965-ci il təvəllüdlü Əfəndiyeva Yeganə, 1986-cı il təvəllüdlü Əfəndiyeva Solmaz, 1994-cü il təvəllüdlü Quluzadə Əliş və 2013-cü il təvəllüdlü Əfəndiyeva Leyladır.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

 

0.017228126525879