DİN-in əməkdaşları reyd keçirdi

DİN-in əməkdaşları reyd keçirdi
 

Paralel.az DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb. 

Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb. G. Ağayevanın Şirvanda kirayə yaşadığı evdən təmiz çəkisi 742 qram olan "patı""şüşə" adlanan psixotrop maddə maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırmalar davam edir. 

Röyal

0.24106788635254