Azər Əsgərov: “İnanıram ki, yeni məşqçilər heyəti etmiadı doğruldacaq”

Azər Əsgərov: “İnanıram ki, yeni məşqçilər heyəti etmiadı doğruldacaq”
 

“Azərbaycan Cüdo Federasiyası milli komandamıza yeni məşqçilər təyin edib. Baş məşqçi vəzifəsində Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev çalışacaq. Köməkçiləri - Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev olacaqlar. Mən veteran cüdoçu kimi, bu qərarı bəyənir və alqışlayıram. İnanıram ki, onlar Azərbaycan cüdosunun şöhrətini bərpa etmək, yüksək nailiyyətlər qazanmaq üçün əzmkarlıq göstərəcəklər”.

Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov özünün şəxsi İnternet səhifəsində (azeraskerov.az) belə yazıb. O, qeyd edib ki, Mövlud Mirəliyevin Olimpiya təcrübəsi var və onun yeni Olimpiya ümidlərimizin yetişməsinə töhfə vermək imkanları böyükdür. Baş məşqçinin köməkçilərinin də tanınmış, təcrübəli və usta idmançılar olduğunu vurğulayan Azər Əsgərov yazır: “Mən onların arasında Azərbaycan cüdosunun daha bir tanınmış simasının – Sidney Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Səlimovun da olmasını arzulayardım. Əminəm ki, Rəsul öz təcrübəsi, istedadı və idmançı keyfiyyətləri ilə məşqçilər heyətinin fəaliyyətini daha da gücləndirə bilər”.

Federasiya rəhbərliyinin milli komandanı məhz milli heyətə etibar etməsini təqdirəlayiq hal kimi dəyərləndirən veteran cüdoçu məşqçilər heyətini təbrik edib, onlara uğurlar arzulayıb.

Şahnaz

0.018499135971069