2021-ci ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı
Paralel.az xəbər verir ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Komitədən verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artmışdır.
ÜDM istehsalının 40,3 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olmuşdur.
A. Röyal