Rasim Musabəyovun Rusiyaya genetik bağlılığı var? - münasibət
Allah bizi içimizdəki düşmənlərdən qorusun...
Rusiyanın LD partiyasının sədri Vladimir Jirinovski və “Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov milliyyətcə yəhudidirlər və hər zaman üzdə özlərini guya Azərbaycanın dostu kimi göstərməyə cəhd etsələr də, amma bütün fəaliyyətlərində ardıcıl olaraq ölkəmizə qarşı düşmən münasibət bəsləyən siyasətçilər sırasında yer alırlar.
Rusiyanın Ermənipərəst siyasətinin lokomotivlərindən hesab olunan bu dırnaqarası siyasətbazlar İsfəndiyar Vahabzadənin Jirinovskinin Azərbaycan prezidentinin ünvanına söylədiyi həqarətə cavabından, səndemə, bərk qəzəbləniblər.
Onlar İsfəndiyar Vahabzadənin cavabından o qədər qəzəbləniblər ki, hətta ölkə başçısına İsgəndər Vahabzadəni cəzalandırmaq üçün həbs edib Rusiyaya verməsi barədə məktub da yazıblar.
Vladimir Jirinovski və Solovyovun ölkə rəhbəri barədə söylədikləri cəfəng iddialara İ. Vahabzadənin verdiyi cavaba mediada münasibət bildirən millət vəkili Rasim Müsabəyov bolşevik babası Qəzənfər Musabəyovun ənənələrini davam etdirərək, ermənipərərəst yəhudiləri ifşa etmək əvəzinə, İ. Vahabzadəni günahlandırmasına yalnız “5-ci kalon üzvü”nün mövqeyi kimi baxmaq olar...
Bu yerdə xalq yazıçısı, mərhum İsmayıl Şıxlının zamanında söylədiyi “sapı özümüzdən olan baltalar” ifadəsinin nə qədər yerinə düşdüyünü müşahidə edirik.
Azərbaycan Milli Məclisində Rusiyanın sifarişilə saxta mandat alıb oturan Rasim Musabəyov və onun kimi çoxsaylı deputatları tutduqları yanlış, düşmən mövqeyində dayandıqlarına görə, onları ermənilərdən heç fərqləndirmirəm...
Tapdıq Abbas