Başqasına qazdığı quyuya özünün düşməsi…
Paralel.az xəbər verir ki, erməni mətbuatı kaset bombasının partlaması xəbərini yayıb. Məlumatda deyilib: “Qarabağın Martuni (Xocavənd.red.) rayonunun Nor Şen icmasının ərazisində aparılan mühəndis-axtarış işləri zamanı “Humanitar Minalardan Təmizləmə Mərkəzi” fondunun sapyorları yaralanıb. Bu barədə Qarabağda Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. İlkin məlumatlara görə, kaset bombası partlayıb. İki sapyorun vəziyyəti qənaətbəxşdir. Onlardan biri Martuni tibb mərkəzinə yerləşdirilib, vəziyyəti davamlı ağır qiymətləndirilir” deyə, xəbərdə bildirilib. Nigar