Bakıda küçənin ortasında sakinin 1200 manat pulunu aparıblar

Bakıda küçənin ortasında sakinin 1200 manat pulunu aparıblar
 

 

Bakıda qəribə soyğunçuluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 8-də Bakı şəhər sakini R.İsgəndərov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 4-də bir nəfərin ona məxsus içərisində 1 200 manat olan pul kisəsini açıq talama yolu ilə apardığını bildirib.

R.İsgəndərovun sözlərinə görə, təqsirləndirilən şəxs hadisə yerini tərk edərkən onun paltarından tutub getməsinə mane olub, lakin soyğunçu avtomobili hərəkətə gətirib onu 10-15 metr sürüyərək ayaq və qollarına xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Səfərzadə saxlanılıb.

Onun üzərində aparılan şəxsi axtarış və idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı ümumilikdə altı qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

0.64371609687805