Vətəndaşlar ƏDV-nin geri qaytarılması prosesindən əziyyət çəkirlər

 

 

Vətəndaşlar ƏDV-nin geri qaytarılması prosesindən əziyyət çəkirlər  
 

Bir ildən çoxdur ki, ölkədə ƏDV-nin geri qaytarılması prosesi gedir. Lakin bəzi alış-satış mərkəzləri və hətta iri marketlərdə bununla bağlı problem yaşanır.
Paralel.az xəbər verir ki, bu yöndə növbəti şikayət bəzi marketlərin verdiyi ödəniş qəbzinin tanınmaması barədədir. Belə ki, bəzi iri marketlərin verdiyi ödəniş qəbzi “Kapitalbank”ın xidmət növü olan “BirBank” qeydiyyatında qəbul edilmir. Səbəb kimi də satış çekinin düzgün olmaması əsas gətirilir. Vətəndaşlar bunun araşdırılmasını və problemin aradan qaldırılmasını xahiş edirlər.

Nigar

0.031535863876343