Neft gölündə boğulan iqtisadiyyat

 

Neft gölündə boğulan iqtisadiyyat 
 

Ölkəmiz neft hasilatnın pik dövrünü çoxdan başa vurub, hasilat və neft satışından gələn gəlirlər sürətlə azalmaqdadır. Buna görə də son 6-7 ildə qeyri-neft sektorunun inkişafından çox danışılır, amma buna rəğmən bu istiqamətdə ciddi irəliləyiş nəzərə çarpmır. Ötən müddətdə iqtisadiyyatın şaxələndirilməsi üçün sözdən real işə keçilməyibsə, deməli, əslində ortada ciddi niyyət də olmayıb. Bu gün Azərbaycanın ən böyük qeyri-neft ixracı ildə 200 milyon dollar valyuta gətirən pomidor məhsuludur, onun ixracına da son vaxtlar Rusiya ciddi əngəllər yaradır. İndi ümid qalıb digər təbii sərvətlər olan qara və əlvan metal ixracına, hansı ki, bunun da potensialı ildə 200 milyon dollardan bir qədər artıq valyuta gətirməyə çatır.

Pambığa gəldikdə isə onun perspektivindən söhbət açmağa dəyməz - Azərbaycanda iqlim şəraiti kütləvi pambıq istehsalına imkan vermir.
Bəs Azərbaycan hökuməti nə üçün ölkəyə axan 260 milyard dolların potensialından istifadə edərək iqtisadiyyatı qura, dirçəldi bilmədi?
Əslində Azərbaycan hökuməti heç buna cəhd də göstərmədi. Çünki ritmik inkişaf edən iqtisadiyyat qurmaq üçün iqtisadi azadlıqlar - qanunun aliliyi, o cümlədən mülkiyyət hüququ, azad rəqabət mühiti, inzibati azadlıqlar və məhkəmələrin müstəqilliyi təmin edilməlidir.

Bu təminatlarin olmadığı heç bir ölkədə iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Azərbaycanda isə yuxarıda qeyd etdiyimiz təminatların verilməsinə hökumət hazır deyil. Çünki həmin təminatlar istər-istəməz siyasi azadlıqlara gətirib çıxarır ki, bu da bizim iqtidar üçün kabuslu yuxuya bənzəyir. Başqa sözlə desək, Azərbaycanda azad bazar iqtisadiyyatının qurulması hökumətin siyasi iradəsi xaricindədir. Məhz bu səbəbdən də iqtisadiyyatın inkişaf etdirilməsinə yönəldilməli olan pulların (260 milyard dollar) 90 faizi müxtəlif "yol xəritələri" əsasında korrupsiyaya uğradılaraq dövlət məmurlarının kapitalına çevrildi. Azərbaycan hökuməti bu vəsaitlə azad bazar iqtisadiyyatı qurmaq əvəzinə məmur inhisarçılığın - oliqarxiya formalaşdırdı. Yəni Azərbaycan iqtisadiyyatını neft gölündə boğdu!
Akif

0.10717821121216