Yabanı halda bitən 2 tondan artıq çətənə kolu məhv edilib - FOTO

Yabanı halda bitən 2 tondan artıq çətənə kolu məhv edilib - FOTO
 

 

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Başkənt kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2 ton 296 kiloqram olan, 5 794 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

0.63517689704895