Saatlıda avtomobildən 22 min manatıq oğurluq olub

Saatlıda avtomobildən 22 min manatıq oğurluq olub
 

 

Saatlıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-nə keçən gecə şəhər ərazisində QAZ-29 markalı avtomobildən 21 330 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Keçirilən əməliyyatla şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0.73739218711853