Avropa Liqası: “Neftçi” - HİK matçı başlayıb - YENİLƏNİR

Avropa Liqası: “Neftçi” - HİK matçı başlayıb - YENİLƏNİR
 

 

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

09:28

Bu gün UEFA-nın ikinci dərəcəli klub turniri olan Avropa Liqasında yeni mövsümə məhz Bakıda start veriləcək.

paralel.az-ın xəbərinə görə, turnirin bu gün baş tutan yeganə görüşündə Azərbaycan çempionu “Neftçi” Finlandiyanın eyni statusda olan komandası HİK ilə qarşılaşacaq.

“Neftçi”nin rəqibi 30 qat Finlandiya çempionu və həmin ölkənin 14 qat Kubok sahibidir. Helsinki klubu ilə görüşdə “Neftçi”də əməliyyat olunmuş hücumçu Namiq Ələsgərov və qırmızı vərəqə almış Mərt Çelik oynaya bilməyəcək. 

Qeyd edək ki, cavab oyunu avqustun 12-də Helsinkinin süni örtüklü “Bolt Arena”sında keçiriləcək.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi

3 avqust

21:00 “Neftçi” – HİK (Finlandiya)

Hakimlər: Vilyam Kolum, Deyvid MakQiçi, Şon Karr, Yuan Anderson (hamısı Şotlandiya)

Bakı. “Bakcell Arena”

Səbuhi Musayev

0.56019496917725