"Aİ-95" və "Aİ-98" benzinləri gələn il idxal edilməyəcək
Son zamanlar vaxtaşırı olaraq "Aİ-95" premium və "Aİ-98" markalı avtomobil yanaşaqlarının qiymətinin artması barədə məlumatlara tez-tez rast gəlirik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) isə bu qiymət artımına standart cavabı mövcuddur.
Paralel.az-a SOCAR-dan verilən məlumata görə, "Aİ-98" markalı benzin xarici ölkədən idxal edilir: "Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb".
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti də 5 qəpik artraq 1,45 AZN olmuşdu.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, təxminən bir ildən sonra Azərbaycanda inşası davam etdirilən neftayırma zavodu istifadəyə veriləcək və bununla da "Aİ-95" premium və "Aİ-98" markalı avtomobil yanaşaqları ölkə daxilində istehsal edilməyə başlayacaq. Həmin vaxt vəziyyət necə olacaq, sözügedən markadan olan yanacaqların qiyməti ucuzlaşacaqmı?
SOCAR-dan sorğumuza cavab olaraq bildirildi ki, "Aİ-95" premium və "Aİ-98" markalı avtomobil yanaşaqlarının ölkə daxilində istehsalına başlanıldıqdan sonra onların da qiymətləri Tarif (qiymət) Şurası tərəfindən digər yanacaqlar kimi tənzimlənəcək: "Həmin vaxt qeyd edilən yanacaqların qiymətlərinin müəyyənləşdirilməsində əsas parametir kimi məhsulun maya dəyəri götrüləcək, maya dəyərinə müvafiq də qiymət müəyyənləşdiriləcək. Bizim işimiz maya dəyərini əsaslandırmaq olacaq, qiyməti Şura müəyyənləşdirəcək".
Akif