Dünyada 180 milyondan çox insan COVID-19-dan sağalıb

Dünyada 180 milyondan çox insan COVID-19-dan sağalıb
 

Dünyada 180 milyondan çox insan COVID-19-dan sağalıb

Paralel.az INTERFAX.RU-ya istinadən xəbər verir ki, "Worldometer" statistika saytının məlumatına görə, çərşənbə axşamı dünyada COVID -19 koronavirusundan sağalma hallarının sayı 180 milyonu keçib.
Bakı vaxtı ilə bu saatgün 12:48-ə olan məlumata görə, dünyada 180.128.412 nəfər koronavirus infeksiyasından müalicə müalicə olunaraq sağalıb.
Eyni zamanda, infeksiyaya yoluxanların ümumi sayı 199 645 159 nəfərə çatıb. Beləliklə, hazırda 19,5 milyondan çox insan xəstədir.
Rəsmi məlumatlara görə, sağalma baxımından Hindistan birinci yerdədir - orada 31.7 milyondan çox xəstənin 30.8 milyondan çoxu sağalıb. İkinci yerdə 35.8 milyondan çox infeksiyaya yoluxmadan  29.7 milyondan çox sağalma ilə ABŞ gəlir. Braziliya 20 milyona yaxın COVID-19 xəstəsindən 18.6 milyondan çox sağalma ilə üçüncü yerdədir.
Yuxarıdakı ölkələr, ən çox infeksiyanın aşkarlandığı ilk üçlüyü təşkil edir.
Eyni zamanda, dünyada COVID-19-la yoluxanların 4.2 milyondan çoxu ölüb.
Akif

0.017882108688354