Mustafa Şentop: “Hər çətinliyi bir millət olaraq birlik və həmrəyliklə aşacağıq”
Paralel.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkənin müxtəlif yerlərindəki meşə yanğınları ilə əlaqədar yazılı açıqlama verib. Türkiyə mətbuatına görə, o, yanğını söndürmə işlərini yaxından izlədiyini, vali, bələdiyyə başçıları və əlaqədar qurumlardan vaxtaşırı məlumat aldığını söyləyib. Şentop yanğınların səbəbləriylə bağlı araşdırmaların intensiv şəkildə davam etdiyini qeyd edib: “Bu hadisəni bütün qurumlarımızla, meşəçilərimizlə, yanğınsöndürənlərimizlə və millətimizlə birlikdə aşacağıq. Canlarının bahasına yanğınların söndürülməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.
Şentop sabah Türkiyə Böyük Millət Məclisi Kənd Təsərrüfatı və Meşə Komissiyasının üzvü olan bütün partiyaların
nümayəndələrindən ibarət heyətin yanğınların meydana gəldiyi bölgələrdə araşdırmalar aparacağını qeyd edib. O, hər yandırılan ağacın yerinə yeni ağacların əkilməsinin, hər zədələnmiş evin, binanın daha yaxşı tikilməsinin təmin edilməsinin dövlətin borcu olduğunu söyləyib: ”Yanmış ərazilərin inşaat üçün açılacağından narahat olmağa ehtiyac yoxdur. Dövlətimiz təqib etməkdən çəkinmir. Hər çətinliyi bir millət olaraq birlik və həmrəyliklə aşacağıq. Bizim üçün ən əsası millətimizin heç bir üzvünün zərər görməməsidir.Yanğınlarda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Pişiklərdən itlərə, quşlara, tısbağalardan böcəklərə qədər, yanğında zədələnmiş bütün canlılara görə çox kədərlənirəm. Milli fəlakətlərdə cəmiyyətin bütün təbəqələrinə düşən şey işçilərimizi birlik və həmrəylikdə dəstəkləməkdir. Millətimiz çətin anlarda bir araya gəlməyi və ağıllı davranmağı bilir. Millətimiz əmin olmalıdır ki, nə qədər çətin olsa da, yanğın zonaları əvvəlki kimi dünyanın ən gözəl və ən yaşıl yerləri olacaqdır. Cənnət yurdumuzdakı hər ağac, quş, arı millətimizin hər bir üzvünə aiddir. Ölkəmizdə və ya dünyanın başqa yerlərində baş verən yanğınlar da qəlbimizi yandırır. Millətimiz bu bəlaya qalib gələcəyimizə əmin olsun”.
Nigar