İndi də Can Azərbaycan Türkiyənin yanındadır!

İndi də Can Azərbaycan Türkiyənin yanındadır!
 
Paralel.az xəbər verir ki, qardaş ölkədəki məlum vəziyyətdən mütəəssir olan Şəmsəddin Əliyev yazır: "Türkiyənin Marmaris mahalında meşə yanğınlarının lokallaşdırılmasında canından keçməyə hazır olan Azərbaycan xilasetmə qrupları qürur duyulacaq hərəkətlərilə hələ çox xatırlanacaqlar. Yanğınla mübarizədə qardaş xalqa sədaqət nümayiş etdirilir.
Yanğının caynağına aldığı yerlərdə Türkiyə bayraqlarını müqəddəs bilib bir-bir toplayır,yanmağa qoymurlar.Yanan evlərin içində heç kim olmasa da,risk altında evə daxil olub Türk bayraqlarını xilas edirlər."Bayraq da bizim üçün Türkiyə və Azərbaycan qədər şərəf işi,ləyaqət hissidir,göz bəbəyimiz kimi qorumalıyıq"qənaətində olan Azərbaycan Fövqəlçiləri cəsurluq və əsil şücaət göstərirlər.Türk mətbuatı bu olayları xoş ovqat və məhəbbətlə yayır.
Tanrı hər birinizi qorusun!
İndi də Can Azərbaycan Türkiyənin yanındadır!".
 
Şahnaz
 
 
 
0.024868965148926