Kişilərdən ibarət cüdo millimizi çalışdıracaq şəxs müəyyənləşdi

Kişilərdən ibarət cüdo millimizi çalışdıracaq şəxs müəyyənləşdi
 

 

Xəbər verdiyimiz kimi, kişilərdən ibarət cüdo millimizin bütün məşqçilər heyəti .

paralel.az-ın əldə etdiyi xəbərə görə, əsas komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millimizin məşqçi heyətinə tapşırılıb.

Belə ki, komandanı sentyabrda Kazanda I MDB Oyunları və oktyabrda Bakıda Zəfər Gününə həsr olunan “Böyük Dəbilqə” turnirləri gözləyir. Bu turnirlərə komanda gənclərdən ibarət millimizin baş məşqçisi, sabiq üçqat Avropa çempionu Elçin İsmayılovun rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, yeddi cüdoçu ilə təmsil olunan kişi millimiz Tokio Olimpiadasında zəif çıxış edib və Azərbaycana heç bir medal gətirə bilməyib. Nəticədə komandanın çalışdırıcısı Ruslan Maşurenko başda olmaqla, bütün məşqçi heyəti qovulub.

Səbuhi Musayev

0.5842068195343