Güləşçimizin Olimpiadadakı rəqibi müəyyənləşdi

Güləşçimizin Olimpiadadakı rəqibi müəyyənləşdi
 

 

Sabah Olimpiadada güləş yarışlarında daha üç çəki üzrə mübarizəyə start veriləcək.

paralel.az xəbər verir ki, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib.

Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Qreqoriçlə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) – Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.

Qeyd edək ki, 87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

0.65352702140808