"PALID-21" MMC

 
Rövşən Kəbirli yazır: "Yox, XAŞXAŞ deyil bu, əsasən dişin müalicəsində diş damağının möhkəmləndirmək məqsədilə həkimlərin məsləhət bildiyi palıd qabığıdır. Sıradan bir ağac qabığıdır. Amma apteklərdə az qala hər gün bu qabığın satış qiyməti nədənsə artır. Sonuncu dəfə 80 qramını 80 qəpiyə (iki-üç ay əvvəl 50 qəpiyə satılırdı) alanda söz vermişdim ki, daha bunu pulla almayacam. Almadım da... Sifariş verdim, bibioğlu gətirdi.
Beləliklə, hələlik ehtiyac duyan dost-tanışa pay vermək fikrindəyəm. Təlabatı incəliyəcəm, əgər tələb çox olsa nəzərdə tutmuşam ki, apteklərdəki qiymətdən iki dəfə ucuz olmaqla məhsulun pərakəndə satışını təşkil edim. Xatırladım ki, apteklərdə satılanın içi zir-zibillə doludur. Mənim məhsulumu isə sanki quş dimdiyində gətirib.
Artıq müəsissəmə adda tapmışam- “PALID-21” MMC. Bu ad həm də COVİD-19-un insanlarda yaratdığı qorxu hissini aradan qaldırmağa xidmət edəcək.
Bazar bu elan çıxan gündən qüvvəyə minir, fəaliyyətə başlayır".
 
Paralel.az
  
0.070980072021484