Olimpiya Oyunlarının şüarı dəyişdirilə bilər
 

Olimpiya Oyunlarının şüarı dəyişdirilə bilər 
 

Paralel.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Olimpiya Oyunlarının şüarını dəyişdirmək mövzusunda danışıb. Ria.Novostinin məlumatına görə, Müqəddəs Taxtın yüksək səviyyəli nümayəndəsi ilə məsləhətləşmələr uğursuz bir səhvdən qaçmağa imkan verib. Xatırladaq ki, BOK-un iyulun 20-də Tokioda keçirilən 138-ci sessiyasının iştirakçıları hazırda “Citius, Altius, Fortius - Communiter” (“Daha sürətli, daha yüksək, daha güclü - birlikdə”) kimi səslənən Olimpiya Oyunlarının şüarının dəyişdirilməsini yekdilliklə qəbul edib. Məlum latın formulu 1894-cü ildə Sorbonnadakı konqresdə təsdiq edilib və o vaxtdan bəri heç vaxt dəyişməyib. Xəbərdə qeyd edilib ki, mövcud şüarın dəyişdirilməsi fikri şübhəsiz ki, bir çox məşhur Olimpiya Hərəkatı üzvləri və məşhur

idmançılarla müzakirə edilib. Bildirilib ki, Vatikanda təkcə mədəni məsələlərə deyil, həm də idmana nəzarət edən Kardinal Ravazi latınçı olduğu üçün Olimpiya şüarının yeni formulu üçün çox spesifik tövsiyələr hazırlanıb. Onu da xatırladaq ki, Atletica Vaticana üzvləri ilə görüşdə Papa Fransisk Məsihin iki şagirdinin müjdə hekayəsini şərh edərək, nəinki idmanda, həm də həyatın müxtəlif sahələrində bəzən ən zəif adamı, başqası qədər güclü və sürətli olmayan birini gözləməyi bacarmağın zəruriliyini söyləyib.

Nigar

0.016908884048462